“Qarabağda Rusiya hərbçilərinin yerləşdirilməsi böyük güzəştimiz idi” - Politoloq

“Qarabağda Rusiya hərbçilərinin yerləşdirilməsi böyük güzəştimiz idi” - Politoloq
"Rusiya Azərbaycan ordusunun Şuşadan sonra Xankəndinə enməsinin – Qarabağın tamamına nəzarət etməsinin qarşısını aldı. Qarabağda Rusiya hərbçilərinin yerləşdirilməsi böyük güzəştimiz idi”.

Sfera.az bildirir ki, bunu "Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib.

Ekspertin sözlərinə görə, Rusiya hərbçiləri 10 noyabr bəyanatına riayət etməyərək səlahiyyətlərini aşır və faktiki olaraq, erməni separatçılarını himayə edirlər:

"9 ay ərzində artan təxribatlar da bundan xəbər verir. Bu sıraya Rusiya hərbçilərinin Laçın dəhlizində "təlimlər” keçirməsindən, bayraq qaldırmasından və bölgədə tikinti işləri aparmasından tutmuş, İrandan gələn yüklərinin Qarabağa buraxılmasına qədər faktları aid etmək olar.
 
10 noyabr bəyanatına görə, Azərbaycan istəməsə 5 ildən sonra Rusiya hərbçiləri Qarabağı tərk etməlidirlər. Azərbaycan XİN-nin bəyanatlarında və rəsmilərin açıqlamalarında "bölgədə müvəqqəti yerləşdirilən sülhməramlılar” ifadəsi işlənir. Yəni rəsmi Bakı və Azərbaycan cəmiyyəti rusiyalı hərbçilərin xidmət müddətləri bitdikdən sonra Qarabağı tərk etməsini istəyir. Əlbəttə bu asan başa gəlməyəcək, rusiyalı hərbçilər bölgəni tərk etməsin deyə, bölgədə fərqli təxribatlara şahidlik edə bilərik. Bütün hallarda dialoq şəraitində rusiyalı hərbçilərin bölgəni tərk etməsi əsas vəzifəmizdir. Bu mümkündür”.
 
Politoloq qeyd edib ki, Rusiya-Azərbaycan münasibətləri tarixində Moskvanın Bakının qərarları ilə hesablaşdığı durumlar az deyil:

"Rusiya 1990-cı illərin əvvəllərində Azərbaycanın Qərb şirkətləri ilə birgə Xəzərdə zəngin enerji yataqlarının istismarına mane olmaq istəyirdi. Bunun üçün Moskva Azərbaycana qarşı bütün təzyiq mexanizmlərini işə salmışdı. Rusiya Xarici İşlər Nazirliyi Azərbaycanı, hətta BMT-yə şikayət etmişdi. Rusiyanın BMT-yə göndərdiyi şikayət məktubunda bu yazılırdı: "Rusiya Xəzər dənizində birtərəfli təşəbbüslərin əleyhinədir, qanunsuz sazişləri tanınmayacaq”.

Buna baxmayaraq, Xəzərdəki yataqların istismarı məqsədilə Bakıda 1994-cü ilin sentyabrın 20 "Əsrin müqaviləsi” imzalandı. Rusiya dediyini etmədi və ya etmək istəmədi. Çünki "Əsrin müqaviləsi”ndə Rusiyanın "Lukoyl” şirkəti pay almışdı. Yəni öz şirkətinin iştirak etdiyi müqavilənin əleyhinə çıxmaq məntiqsiz olardı. Bununla rəsmi Bakı Kremli geri addım atmağa məcbur etdi”.
 
E.Şahinoğlu qeyd edib ki, rəsmi Bakı ikinci dəfə Xəzərin statusu məsələsində Kremli əvvəlki mövqeyindən çəkindirib:

"Kreml Xəzərin statusunun müəyyənləşdirilməsi məqsədilə aparılan danışıqlar zamanı da Qərb şirkətlərinin bölgəyə gəlişinin qarşısını almağa çalışırdı. Xəzərsahili ölkələrdən əsasən Azərbaycan buna qarşı çıxırdı və Kreml məcbur qalıb bu siyasətini də korrektə etdi. 
 
Rusiya Xəzərdən çıxarılan neft və qazın dünya bazarlarına çatdırılması məsələsində də Azərbaycanın ortaya qoyduğu reallıqları qəbul etdi. Kreml Azərbaycanın Xəzərdən çıxardığı neft və qazın yalnız Rusiya üzərindən dünya bazarlarına nəql olunmasını istəyirdi. Rəsmi Bakı Rusiyanın təzyiqinin artacağını nəzərə alaraq "Əsrin müqaviləsi”ndən sonra Bakı-Novorosiysk kəmərini işə saldı. Rəsmi Bakı Kremli rahatlatdıqdan sonra Türkiyə və Qərb şirkətləri ilə birgə Bakı-Tbilisi-Ceyhan boru kəmərinin tikintisinə başladı və layihəni uğurla yekunlaşdırdı. Hazırda Azərbaycan nefti və qazı əsasən Türkiyə üzərindən dünya bazarlarına çatdırılır, Bakı-Novorosiyk kəməri isə ara-sıra işləyir.
 
Kreml Bakı-Tbilisi-Ceyhan boru xəttinin tikintisinə mane ola bilməsə də təcili Tengiz-Novosiyk kəmərini inşa etdi. Kremlin məqsədi Qazaxıstanın zəngin "Kaşaqan” yatağından çıxarılacaq neftin Rusiya ərazisindən nəqlini təmin etmək idi. Çünki Kreml ehtiyat edirdi ki, Qazaxıstan da öz neftini Bakı-Tbilisi-Ceyhan boru xətti ilə nəql edəcək. Qazaxıstan bu gün Rusiya marşrutundan (tələsik inşa edilən Tengiz-Novorosiyk kəmərində isə tez-tez qəzalar baş verir, neft Qara dənizə axır) istifadə etsə də, Bakı-Tbilisi-Ceyhan boru kəmərindən də yararlanır. Moskvanı bu planı da alınmadı.
 
Növbədə Xəzərin dibi ilə qaz boru xəttinin tikintisi və Türkmənistan qazının Azərbaycan və Türkiyə üzərindən nəqli məsələsidir. Rusiya buna da etiraz edir, ancaq arqumenti yenə zəfdir, çünki özü Qara və Baltik dənizlərinin dibi ilə boru xətləri inşa edərək Türkiyə və Avropaya qaz nəql edir.
Rusiyanın yaxın keçmişdə Azərbaycanın qərarları ilə hesablaşdığını nəzərə alaraq rəsmi Bakının bir başqa qərarını da nəzərə alacağını – hərbçilərini Qarabağdan çıxaracağı ehtimalı yüksəkdir. 1990-cı illərin əvvəllərində Rusiyanın hərbi bazalarının Azərbaycandan çıxarılmasını təmin etmişiksə, bunu yenə təkrarlaya bilərik”.
 
Turan Rzayev
 

OXŞAR XƏBƏRLƏR

Meyxanaçı Ağamirzənin qızı ABŞ-də yaşayırmış

"Əsas nigarançılıq oğlan övladlarından olur. Qız belədir ki, ona nəyisə izah edəndə başa düşür. Lakin oğlan başqa adamlara qoşula bilir".   ...

İrəvanda qasırğa: 2 təyyarə eniş edə bilmir

Ermənistanın paytaxtı İrəvan şəhərində iki təyyarə güclü küləyə görə yerə enə bilmir.   Sfera.az xəbər verir ki, bu barədə “Sputnik Armeni...

Şəhid polkovnik-leytenantın 13 yaşlı qızı vəfat etdi

Vətən müharibəsi şəhidi polkovnik-leytenant Zaur Cəfərovun 13 yaşlı qızı Səlbi Cəfərli bu gün vəfat edib.   Sfera.az xəbər verir ki, yeniyetmə k...

Paytaxt yolları gecə saatlarında keçilməz oldu -SİYAHI

Üç günlük qeyri-iş gününün sonuncu günündə, xüsusilə də Bakı-Sumqayıt şosesi və paytaxta cənub istiqamətdən girişdə yollarda nəqliyyat sıxlığı müşahidə olunur. ...

"Onkoloji xəstə üçün 811-ci növbə nə deməkdir?"

"Bir nəfər yazıb ki, icbari tibbi sığorta ilə MRT (Maqnit Rezonans Tomoqrafiyası) müayinəsindən keçməyə çalışdım. Növbəm 811-ci idi. Özü də ağır xəstəlikdə...

Valideynlərin günahının qurbanı olan UŞAQLAR...

Dünyaya gələn hər uşaq, hər körpə ölkənin qanuni vətəndaşı, tamhüquqlu fərdidir. Bu, normal ailələrdə doğulan, yaxud vətəndaşların qanunsuz, nikaha girmədən dün...