Təhsil Nazirliyi yeni tədris ili ilə bağlı tapşırıqlar verdi

Təhsil Nazirliyi yeni tədris ili ilə bağlı tapşırıqlar verdi
Ümumi, məktəbdənkənar və orta ixtisas təhsili müəssisələrində mövcud vəziyyət, yeni tədris ilinə hazırlıq və qarşıda duran vəzifələrə həsr olunan onlayn müşavirələr keçirilib.

Sfera.az  xəbər verir ki, təhsil nazirinin müavini Firudin Qurbanovun iştirakı ilə keçirilən müşavirələrdə rayon (şəhər) təhsil şöbə (idarə) müdirləri, Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən uşaq-gənclər inkişaf mərkəzlərinin, uşaq-gənclər idman-şahmat məktəblərinin direktorları və respublika ərazisində fəaliyyət göstərən orta ixtisas təhsili müəssisələrinin direktorları da iştirak ediblər.

Müşavirələrdə çıxış edən nazir müavini Firudin Qurbanov yeni tədris ilinə hazırlıqla bağlı görüləcək işlər barədə danışıb, təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkili zamanı nizam-intizam və təhlükəsizlik məsələlərinə toxunub, xüsusi karantin rejiminin qaydalarına riayət edilməsinə dair tövsiyə və tapşırıqlarını verib.

Müşavirələrdə təhsil işçilərinin vaksinasiyası prosesinə də toxunulub. Qeyd edilib ki, vaksinasiya və ya immun pasportu, vaksinə qarşı əks göstəriş sertifikatı olmayan müəllim və texniki işçilərin təhsil müəssisələrinə buraxılmasına icazə verilməyəcək. Həmçinin bildirilib ki, pandemiya şəraitində tədrisə əyani başlamaq üçün zəruri tədbirlər həyata keçirilib, təhsil müəssisələrinin yeni tədris ilinə hazırlıqları ilə bağlı sanitar-gigiyenik normalara əməl olunması ilə bağlı müvafiq iş aparılıb.

Müşavirələrdə sözügedən təhsil müəssisələrində mövcud vəziyyət, qarşıda duran vəzifələrə dair fikir mübadiləsi aparılıb, gündəlikdəki məsələlərlə bağlı təklif və tövsiyələr səsləndirilib, tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Nazir müavini Firudin Qurbanov sonda çıxış edərək 2021-2022-ci tədris ilinə hazırlıqla bağlı məsələlərin sürətləndirilməsini diqqətə çatdırıb, yeni tədris ilinin başlanmasınadək təhsil işçilərinin daha çox sayda vaksinasiya prosesinə qoşulmasının vacibliyini vurğulayıb və qarşıdan gələn yeni tədris ili münasibətilə pedaqoji kollektivlərə uğurlar arzulayıb.

OXŞAR XƏBƏRLƏR

Məhkəmə qadının ətəyini cinayət silahı kimi müsadirə etdi - TƏFƏRRÜATLAR

Finlandiyada oğurluqda təqsirləndirilən iki qaraçı qadının ətəkləri cinayət silahı sayıldıqları üçün müsadirə edilib.   Sfera.az xəbər verir ki, 2023...

Məşhur bloqqer oğurlanan qiymətli əşyalarını 1 il sonra geri qaytardı

Videobloqqer və keçmiş hərbçi, Lord Miles kimi tanınan Miles Routledge ötən il BƏƏ-yə səfəri zamanı əvvəllər itirilmiş simsiz qulaqlıqlarını tapa bilib. Əzmkarl...

Şıxlinskinin azadlığa çıxması üçün o xahiş edib -FOTO

Xəbər verdiyimiz kimi, Yekaterinburqda saxlanılan Azərbaycan diaspor lideri Şahin Şıxlinski azadlığa buraxılıb.   Sfera.az xəbər verir ki, Yeni ...

Şahin Şıxlinski sərbəst buraxıldı

Yekaterinburqda kobud şəkildə saxlanılan “Azərbaycan-Ural” ictimai təşkilatının və Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski sərbəst burax...

Bollivud aktrisası cavanlaşdırıcı iynədən öldü

Bollivudun tanınmış aktrisalarından biri olan Şefali Carivala qəfil vəfat edib.   Sfera.az xəbər verir ki, 42 yaşlı sənətçinin 27 iyun tarixində cava...

"Bu dünyada uşaq gətirmək cəsarət istəyir!" – Nura Suridən üsyan dolu paylaşım

Müğənni Nura Suri paylaşımı ilə sosial şəbəkələrdə diqqət çəkib.   O, yaşadığı dünyadan narahatlığını ifadə edib və son dövrlərdə baş verən hadisələr...