Qırmızı xalıda başdan-ayağa qaraya bürünmək dəbi - FOTOLAR

14:20 / 14.09.2021
936
Ötən gün moda sahəsinin Oskarı olaraq tanınan "Met Gala 2021" tədbiri baş tutub.
Sfera.az bildirir ki, Nyu-Yorkda "Metropoliten” muzeyində keçirilən gecəyə məşhurlar axın ediblər. Onlar fərqli geyimləri ilə tədbirdə diqqət çəkiblər.
Gecənin ən çox müzakirə olunan məşhurları üzü də daxil olmaqla bütün bədənini qara paltarla örtən Kim Kardaşyan və Erykah Badu olub. Rihanna da bədənini başdan-ayağa örtən qara geyimi ilə diqqət çəkib. Onların əksinə olaraq İrina Şeyk, Emili Blant və Kendal Cenner isə qüsursuz bədən quruluşlarını nümayiş etdirən transparan geyimə üstünlük veriblər.
Qırmızı xalça üzərində dəb yarışına girənlərdən biri də Madonnanın qızı Loudres Leon olsa da, o, geyimindən çox etdiyi hərəkətlə gündəmə gəlib. Belə ki, Leon kameralara qoltuqaltını nümayiş etdirib.
Məşhurların dəb yarışına çıxdığı qırmızı xalıdan fotoları təqdim edirik:
Türkan
Sfera.az