“Səfir Hikmət Hacıyevlə razılığa gəlib...” – İran səfirliyindən qanunsuz yük daşımaları ilə bağlı AÇIQLAMA

13:14 / 14.09.2021
2214
11 avqust-10
sentyabr tarixlərində İrana məxsus 58 yük maşınının qanunsuz olaraq Qarabağa
daxil olduğu, onlardan 55-nin geri qayıtdığı, 3 yük maşınının isə hələ də Xankəndidə
olduğu haqda yayılan məlumat sosial şəbəkələrin Azərbaycan seqmentində birmənalı
qarşılanmayıb.
Məlumatı
təsdiqləyən foto və videolardan da görünür ki, İran yük maşınları pərdələnmək
üçün erməni nömrələrindən istifadəyə çalışır. Yük maşınlarının Xankəndiyə nə
daşıdığı isə hələ də bəlli deyil.
Məsələ
ilə bağlı Sfera.az saytının İran İslam Respublikasının Azərbaycandakı səfirliyinə
ünvanladığı sorğuya verilən cavabda bildirib ki, bu məsələ artıq öz həllini
tapıb.
Turan
Rzayev