“YAP-dakı yeni kadrlar bu səhvləri təkrar etməyəcək” – Deputat

11:41 / 14.09.2021
1234
"YAP
hakim partiya olaraq ölkədə gedən islahatlar prosesində birbaşa iştirak edir.
Elə bir sahə yoxdur ki, islahatlar onu əhatə etməsin. YAP bu islahatların
episentrində olan siyasi qüvvədir”.
Bu sözləri
Sfera.az-a Milli Məclisin deputatı Elman Nəsirov Yeni Azərbaycan Partiyasının
(YAP) İdarə Heyətinin bir neçə gün əvvəl keçirilmiş iclasında Bakı şəhəri üzrə
rayon təşkilatlarına yeni sədrlərin təyin edilməsi haqda danışarkən deyib.
E.Nəsirov
YAP-da həyata keçirilən təyinatları yüksək qiymətləndirdiyini bildirib: "Bildiyiniz
kimi, partiyada struktur dəyişiklikləri oldu. Yeni şöbələr yaradıldı.
Partiyanın rəhbərliyinə müsbət reputasiyaya malik yeni şəxslər cəlb edilib. Ən
başlıcası məsələn, əvvəllər rayon icra başçısının müavini olan şəxs həm də
YAP-ın rayon təşkilatının sədri vəzifəsində işləyə bilirdi. Bu isə işin keyfiyyətinə
müəyyən mənada təsir edirdi.
Bu gün
partiyada gənc, savadlı, bilikli, vətənpərvər, müasir texnologiyalarla işləməyi
bacaran, xarici dilləri bilən, ən əsası, milli-mənəvi dəyərlərimiz ruhunda tərbiyə
almış şəxslər vəzifələrə gətirilir. Deyə bilərəm ki, partiya daxilində onlara
böyük etimad göstərilir”.
Deputat
YAP-da irəli çəkilən yeni kadrların vaxtilə özünü təsdiqləyə bilməyən şəxslərin
səhvlərindən ibrət alacağını qeyd edib:
Turan
Rzayev