“Ölkədəki Rusiya və İran agentləri zərərsizləşdirilməlidir” – Eks-spiker

11:26 / 14.09.2021
2372
Azərbaycan parlamentinin sabiq spikeri Rəsul Quliyev ölkədəki xarici qüvvələrə bağlı şəxslərin aşkarlanaraq zərərləşdirilməsinin vacibliyi haqda açıqlama verib.
Sfera.az-ın məlumatına görə, o, həmin qüvvələri Azərbaycan üçün çox böyük təhlükə adlandırıb:
"Rusiya Azərbaycanda hər hansı çevriliş edə
bilməz. Buna baxmayaraq, orduda, polislər, yüksək rütbəli çinovniklər
arasında Rusiya agentləri aşkar edilərək
zərərsizləşdirmə prosesi aktivləşdirilsə, yaxşı olardı. Paralel olaraq, din
idarələrində gizlənmiş daha təhlükəli İran agentləri zərərsizləşdirməlidir.
Kiminsə Azərbaycan ordusunun qələbəsini İran dini liderinin fətvasına görə baş
tutduğunu iddia etməsi çox təhlükəlidir. Deməli, bu insan bizə sağlam münasibəti
olmayan birisini ölkədə təbliğ edir. Bundan qorxmaq lazımdır. Onların çoxu
özünü gicbəsər, yaltaq göstərməklə təlxəklik edirlər. Tarixdə saray təlxəklərinin
dövlət çevrilişində rolları haqda çoxsaylı faktlar var”.