Çin lideri ilə Baydenin görüşü düşmənçiliyə son qoyacaq? – Politoloqdan açıqlama

10:42 / 14.09.2021
996
"Çin lideri ABŞ-ı inandırmağa çalışıb
ki, aradakı gərginlik dünya dövlətlərinin
fundamental maraqlarına cavab vermir".
Sfera.az xəbər verir ki, bunu politoloq Elxan
Şahinoğlu deyib. Eksper Çin lideri ilə ABŞ prezidenti arasında müxtəlif məsələlərin
müzakirə olunduğunu deyib:
"Çin
lideri iki dövlət arasında əməkdaşlığın keçmiş illərdəki axarına qaytarılmasının
sülhə xidmət edəcəyini və hər iki dövlətə fayda gətirəcəyini vurğulayıb.
Baydenin bu çağırışlara necə cavab verdiyi barədə səhih məlumat yoxdur. Ancaq
liderlər söhbətin sonunda daimi təmasların
davam etdirilməsinin vacib olduğunu söyləyiblər.
Bir qrup ekspert iki dövlət arasında müxtəlif məsələrlə
bağlı ciddi fikir ayrılıqlarının olduqlarını vurğulasalar da, bəzi sahələrdə əməkdaşlıq
üçün zəminin varlığını göstəriblər. Misal üçün, Çinlə ABŞ iqlim dəyişiklikləri,
pandemiyaya qarşı mübarizə, o cümlədən, beynəlxalq və regional məsələlərdə
ortaq məxrəcə gələ bilərlər. Ancaq fərqli düşünənlərin sayı daha çoxdur. Misal
üçün, Çin lideri Baydenlə əməkdaşlığın vacibliyindən danışarkən Pekinin ABŞ-a
göndərdiyi yeni səfir Vaşinqtonda çalışacağı ölkənin ünvanına təhqiramiz fikir
söyləyib.
Çinin ABŞ-dakı yeni səfiri Tsin Qanın onlayn toplantıların
birində verilən suala cavabı belə olub: "Münasibətlərin korlanmasına görə Vaşinqton
məsuliyyət daşıyır. Dialoq vasitəsilə problemləri həll etmək lazımdır. Yox, əgər
dialoq yoluyla problemlər həll olunmursa ABŞ administrasiyasının ağzını yumması
lazımdır”.
Politoloq Çinin ABŞ-ı təhqir
etməsi səbəbilə münasibətlərin normala dönməyəcəyini
bildirib:
Əzizə Zeynal
Sfera.az