İngiltərədə qadınların ağaclarla evlənməsi kütləvi hal aldı – SƏBƏB/FOTO

17:28 / 13.09.2021
1369
İngiltərədə 70-dən çox qadın təbii ərazilərin məhv edilməsinə etiraz olaraq ağaclarla evlənib.
Sfera.az xəbər verir ki, ətraf-mühitin mühafizəsi ilə məşğul olan şəxslər tərəfindən təşkil olunan mərasim Bristol şəhərində 74 böyük ağacın yerinə 166 mənzil tikilməsinin planlaşdırıldığı meşəlik sahədə baş tutub.
Ətraf mühitin müdafiəçisi və bölgədə yaşayan gəlinlərdən biri Suzan Hakett evliliyin şərtlər altında olmamasının gərəkdiyini və ağacların bu baxımdan yaxşı həyat yoldaşı olduğunu deyib.
Qeyd edək ki, İngiltərədə inşaat sənayesinin yolunu açmaq üçün 2020-ci ildə 4 150 hektar meşə məhv edilib.
İnci
Sfera.az