“Türkiyə-Azərbaycan hərbi təlimlərinə etirazın əsası yoxdur” – İran XİN-nin Xəzər açıqlamasına cavab

16:50 / 13.09.2021
1553
"İran
Xəzər dənizinin statusu ilə bağlı keçirilən görüşlərdə irəli sürülən təkliflərin əksəriyyətini
qəbul etməyib. Bu, o deməkdir ki, İran bu gün rəsmi Bakıya və Ankaraya irad
olaraq bildirdiyi Xəzərin hüquqi statusuna dair heç bir təkliflə razılaşmayıb.
Buna görə də rəsmi Tehranın bu və ya başqa formada narazılıqlarının əsası
yoxdur”.
Bunu
Sfera -a açıqlamasında sabiq XİN rəhbəri Tofiq Zülfüqarov İran XİN-in sözçüsü Səid
Xətibzadənin Türkiyənin Xəzərdə hərbi mövcudluğunu dənizin statusuna görə
qanunsuz adlandırmasını şərh edərkən deyib.

Tofiq
Zülfüqarov bildirib ki, İran tərəfinin məsələyə baxışı anlaşılmazdır:
"Xəzəryanı
ölkələr tərəfindən qəbul edilib ki, Xəzər dənizində yalnız Xəzəryanı ölklərin bayrağı
altında olan gəmilər üzməlidir. İstər hərbi, istərsə də mülki gəmi olsun, fərq
etmir. Lakin bu ortaq fikir belə İrana Xəzər dənizində Türkiyə ilə Azərbaycanın
keçirdiyi ortaq hərbi təlimlərə irad bildirmək haqqı tanımır. Məsələ ondadır
ki, Türkiyə və Azərbaycan Xəzər dənizində ortaq hərbi təlim keçir”.
Diplomat
xatırladıb ki, Türkiyənin Xəzər dənizinə birbaşa çıxışı olmadığı üçün türk
donanmasına məxsus heç bir gəmi təlimlərdə iştirak etmir:
Turan
Rzayev