Azərbaycanlı jurnalist Robert Köçəryanla olan fotosunun tarixçəsindən DANIŞDI – Müsahibə

14:54 / 13.09.2021
1777
"Atlas”
Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlunun Sfera.az-a müsahibəsi.
Onun
fikirlərini təqdim edirik.
-
Elxan bəy, sosial şəbəkələrdə Ermənistanın keçmiş prezidenti Robert Koçaryanın
1998-ci ildə İrəvanda Azərbaycandan olan jurnalistlərlə görşünü əks etidirən
foto paylaşıb. Həmin fotoda siz də varsız. Həmin görüş haqda danışa bilərsiz?

-
Əvvəla onu deyim ki, Birinci Qarabağ müharibəsi öncəsi Ermənistan və Azərbaycan
QHT-ləri və jurnalistləri müxtəlif ölkələrdə görüşlər keçirərək, fikir mübadiləsi
aparırdı. Bu görüşlərdə əsas müzakirə mövzusu təbii ki, Qarabağ ilə bağlı idi.
Bundan əlavə iki ölkə jurnalsitlərinin qarşılıqlı səfərləri də baş tuturdu. Hətta
xatırlayıram, erməni jurnalistlərin Azərbaycan səfəri baş tutmuş və bu səfər
zamanı onlar mərhum Prezident Heydər Əliyevlə müsahibə almışdılar.
Həmin
fotodakı görüşə gəldikdə isə 1998-ci ildə "Yeni Nəsil” Jurnalistlər Birliyinin
sədri Arif Əliyev belə bir səfərlə bağlı müxtəlif qəzetlərə müraciət etmişdi. Mən
də həmin vaxtlar "Azadlıq” qəzetində beynəlxalq əlaqələr şöbəsinin müdiri idim.
Redaktorumuz bu səfərdə iştirak etmək vəzifəsini mənə həvalə etmişdi. Səfər
öncəsi Arif Əliyev biz jurnalistlərdən kimlərlə görüşmək istədiyimizi soruşdu.
Mən Levon Ter -Petrasyan, Serj Sarkisyan, Robert Köçəryan və s. şəxslərlə
görüşməyi təklif etdim.
-
Paylaşılan fotoda Robert Köçəryanla görüşdüyünüz görünür. Başqa kimlər ilə təmas
qura bildiniz?

-
Etiraf edim ki, bu mənim jurnalistika sahəsindəki ən məhsuldar səfərim idi.
Çünki 5-6 gün İrəvanda olduq və olduqca maraqlı görüşlər keçirdik. Bundan başqa,
erməni xalqının bizə olan münasibətini, mövcud vəziyyəti yerində dəyərləndirmək
şansımız oldu.
Səfər
zamanı Ermənistanın prezidenti Robert Köçəryanla da görüşdük. Daha sonra Serj Sarkisyanl görüşdük. Levon Ter-Petrasyanın özü ilə
görüşmək imkanı qazanmasaq da onun yaxın adamı ilə görüşə bildik. Bundan başqa,
bir sıra müxalifət nümayəndəsi, həmçinin erməni dövlət xadimləri ilə də görüşmək
şansımız oldu. Onu da qeyd edim ki, bizdən başqa Gürcüstan jurnalistləri də Ermənistanda
idi və biz onlarla da fikir mübadiləsi apara bildik.
-
Elxan bəy, Robert Köçəryanla görüşünüz hansı atmosferdə keçdi?
-
Həmin səfəri xatırlayıram. Köçəryana xeyli sual verdik. O zaman hələ daxili işlər
naziri olan Serj Sərkisyanla da görüşdük. Mənim əsas suallarım Qarabağ münaqişəsi
ilə bağlı idi. Köçəryana bu mövzu üzrə 4 və ya 5 sual verdim.
Söhbətləşdi: Turan Rzayev