Məşhur alim AÇIQLADI: Zədələnmiş orqanları əvvəlki vəziyyətinə qaytarmaq mümkün olacaq

Məşhur alim AÇIQLADI: Zədələnmiş orqanları əvvəlki vəziyyətinə qaytarmaq mümkün olacaq
"BioNTech” şirkətinin qurucularından olan professor Uğur Şahin Almaniyanın "Bild” qəzetinə müsahibə verib.
 
Sfera.az xəbər verir ki, alim müsahibəsində gələcəkdə zədələnmiş orqanların cavanlaşmasının mümkün olacağına inandığını söyləyib. Yaşlanma prosesinin həm də bioloji situasiya olduğunu qeyd edən Uğur Şahin dəri hüceyrələrinin müəyyən faktorlarla yenidən proqramlaşdırıla biləcəyinin, yəni cavanlaşdırma prosesinin on illər bundan əvvəl görüldüyünü diqqətə çatdırıb.

Uğur Şahin bu faktorların mRNA vasitəsilə hüceyrələrə də sızdırıla biləcəyini qeyd edib:

"Elmi-fantastik filmlərdən birindəki kimi qocaları bir göz qırpımında gəncə çevirə bilmərik. Lakin bəlkə də zədələnmiş bir ürəyin və ya köhnə orqanların qocalma prosesini tamamilə və ya qismən geri çevirə bilərsiniz. Bir gün bunun mümkün olacağına inanırıq”.

Professor COVID-19-un yeni versiyaları yaranmasa və qarşıdakı həftələrdə peyvəndlənmə nisbəti artsa, payız və qış aylarını yaxşı keçirmə şansının yüksək olduğunu sözlərinə əlavə edib.

Əzizə Zeynal
Sfera.az 


OXŞAR XƏBƏRLƏR

17 yaşlı oğlan kanalda batdı

Ağcabədidə 17 yaşlı oğlan kanalda batıb.    Sfera.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə Qarabağ kanalının rayonun ...

Dövlətə xəyanət ittihamı ilə həbs olundu

Azərbaycan vətəndaşı İsmiyev Elnur Tahir oğlu dövlətə xəyanət ittihamı ilə həbs olunub.   Sfera.az-ın məlumatına görə, E.İsmiyev Dövlət Təhlükəsizliy...

Qətlə yetirilən qardaşların cənazəsi dəfn üçün Ağcabədiyə gətirildi

Rusiyanın Yekaterinburq şəhərində qətlə yetirilən qardaşlar Ziyəddin və Hüseyn Səfərovların cənazəsi dəfn üçün səhər saatlarında Ağcabədiyə gətirilib.  ...

Azərbaycanda karantin rejiminin uzadılması qərarı qüvvəyə minib - BU GÜNDƏN

Bu gündən Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması ilə bağlı yeni qərar qüvvəyə minib.   Sfera.az xəbər verir ki, Baş na...

İlon Mask ölkədə yeni siyasi partiya yaratmağa çağırıb

Amerikalı milyarder İlon Mask ABŞ prezidenti Donald Trampın hökumət xərclərinin azaldılması ilə bağlı qanun layihəsini tənqid etdiyini təkrarlayaraq ölkədə yeni...

"Onları vəhşicəsinə döyərək evdən çıxarıblar...” - VİDEO

“Onlara o qədər işgəncə verilib ki, bu, insanlığa sığmayan bir hərəkətdir”.   Sfera.az xəbər verir ki, bunu Yekaterinburqda hüquq-mühafiz...