Azərbaycan Ordusunun Baş Qərargah rəisi Anıtqəbiri ziyarət etdi

13:56 / 13.09.2021
727
Türkiyədə rəsmi səfərdə olan Azərbaycan müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-leytenant Kərim Vəliyev Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün dəfn olunduğu məqbərəni - Anıtqəbiri ziyarət edib.
Bu barədə Sfera.az-a Müdafiə Nazirliyindən məlumat verilib.
Azərbaycan Müdafiə Nazirliyinin nümayəndə heyəti məzar önünə əklil qoyub, xatirəsini ehtiramla yad edib.
Baş Qərargah rəisi Xatirə kitabına ürək sözlərini yazıb.