“Bandotdel”dən əməliyyat - SAXLANILAN VAR

“Bandotdel”dən əməliyyat - SAXLANILAN VAR
Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi, yəni satışının təşkil edilməsi ilə məşğul olan daha bir şəxsin ifşa edilməsi istiqamətində əməliyyat həyata keçirilib.

DİN-in Mətbuat xidmətindən Sfera.az-a verilən məlumata görə, Baş İdarə əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirdikləri əməliyyat zamanı paytaxt sakini Oqtay Cəfərov narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilindiyi üçün saxlanılıb.

Onun Sabunçu rayonu Bakıxanov qəsəbəsində yaşadığı evə baxış keçirilən zaman 7 kiloqram 559 qram narkotik vasitə olan heroin, 2 kiloqram 205 qram psixotrop maddə metamfetamin, həmçinin 110 ədəd güclü təsiredici preqabalin, 170 ədəd metadon həbi və 2 ədəd elektron tərəzi aşkar edilib. Oqtay Cəfərovun ətrafında aparılan araşdırmalarla müəyyən edilib ki, o xarici ölkələrdən birində yaşayan və Azərbaycana qaçaqmalçılıq yolu ilə narkotik maddələr göndərməyə çalışan narkotacirlərlə sosial şəbəkələr vasitəsi ilə sıx əlaqələr yaradaraq narkokuryerliyə cəlb edilib. Daha sonra saxlanılan şəxs narkotik vasitələri Cəlilabad rayonu ərazisində qəbul edib. Onun əsas məqsədi əldə etdiyi külli miqdarda narkotik vasitə və psixotrop maddələri hissə-hissə Bakı şəhərində müxtəlif şəxslərə çatdıraraq qanunsuz dövriyyəsini təşkil etmək olub.

Sonuncu əməliyyat zamanı Baş İdarənin əməkdaşları tərəfindən ümumilikdə 10 kiloqrama yaxın "kola” və "kakos” adlanan narkotik vasitə heroin, "patı”, "şüşə” kimi tanınan psixotrop maddə metamfetamin, eləcə də 280 ədəd metadon və preqabalin həbi qanunsuz dövriyyədən çıxarılıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 234.4.3 (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma, külli miqdarda törədildikdə) və 240.3.2 (güclü təsir edən və ya zəhərli maddələrin satış məqsədilə qanunsuz dövriyyəsi güclü təsir edən maddələrə münasibətdə külli miqdarda törədildikdə) müvafiq maddələri ilə cinayət işi başlanılıb zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir. Oqtay Cəfərov barəsində Nərimanov Rayon Məhkəməsi tərəfindən həbs qətimkan təsdbiri seçilib.

OXŞAR XƏBƏRLƏR

Pirşağıda taxıl sahəsi yanır

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində biçilmiş taxıl sahəsində yanğın olma...

Uşaqlı qadınların əlavə məzuniyyət günləri nə qədərdir?

Yay mövsümü başlayandan artıq çoxları istirahət planları qurur, məzuniyyət götürərək ailələri ilə dincəlmək istəyirlər.   Xüsusilə uşaqlı qadınlar üç...

Polşa klubu “Qarabağ”ın futbolçusuna təklif göndərdi

Azərbaycan millisinin və "Qarabağ"ın futbolçusu Toral Bayramovun heyətinə qatmaq istəyən Polşa klubunun adına aydınlıq gəlib.   Sfera.az&nb...

Rus icmasından Yekaterinburqdakı vəhşiliklə bağlı açıqlama

Azərbaycanın Rus icması Yekaterinburqda Rusiya güc strukturlarının qəddarlığını qətiyyətlə pisləyib.   Sfera.az xəbər verir ki, bu barədə icmanı...

Yekaterinburqda həbs edilən azərbaycanlıların sayı 5-ə çatdı - FOTO

  Yekaterinburq Lenin Rayon Məhkəməsində şübhəli şəxs kimi saxlanılmış Əhliman Gənciyev barəsində 3 gün müddətində həbs qətimkan tədbiri seçilib. &nb...

Fövqəladə Hallar Nazirliyinin 20 illiyinə həsr olunmuş yarışlara yekun vurulub - FOTOLENT

Qəbələ şəhərində Fövqəladə Hallar Nazirliyi tərəfindən təşkil olunan FHN-in yaranmasının 20 illiyinə həsr olunmuş “Gənc xilasedici” XI Beynəlxalq ya...