“Lukaşenkonu qəsdən Kremlin qucağına atdılar, Ukraynanı parçalayacaqlar” – Məxfi Qərb-Rusiya anlaşması?

12:20 / 13.09.2021
1286
Ukrayna Prezident Aparatının sözçüsü Sergey
Nikiforov prezident Vladimir Zelenskinin rusiyalı həmkarı Vladimir Putinlə
görüşə hazır olduğunu, ancaq görüşün Krım məsələsinin müzakirə edilmək şərtilə baş
tuta biləcəyini deyib.
Maraqlıdır, yaxın perspektivdə Putin bu təklifi qəbul
edə, görüş reallaşa bilərmi? Danışıqlar masasında hansı məsələlərin müzakirəyə
çıxarılması mümkündür?
Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən Bakı
Politoloqlar Klubunun sədri Zaur Məmmədov ABŞ və Rusiyanın Krımı qurban kimi seçdiklərini
bildirib:
"İnandırıcı deyil ki, Rusiya prezidenti Krım məsələsini
Ukrayna prezidenti, yaxud başqa hansısa dövlətin lideri ilə müzakirə etsin.
Perspektivdə Donbasdakı hadisələrin müzakirəsi ola bilər. Krım Rusiya üçün bağlı
mövzudur və bu istiqamətdə hansısa platformada danışıqlara getməyəcək. Görünən
odur ki, Zelenski təklənib. Düzdür, Zelenski Baydenlə uğurlu görüşlər keçirdi, Rusiya
prezidenti imicini itirməmək üçün
Ukrayna prezidenti ilə görüşməyə məcbur oldu. Lakin ABŞ və Rusiya yenidən
oyun oynayaraq özlərindən zəif dövləti qurban kimi seçdilər. Bundan qabaq ABŞ və
Rusiya arasında oyunların qurbanı Gürcüstan, Yuqasalaviyadakı etnik qruplar
olmuşdu. Bu çəkişmələr bizə şahmat taxtasını xatırladır. Ona görə də dövlətlər
xarici siyasətlə bağlı seçimə gedərkən çox diqqətli olmalıdırlar".
Politoloq hesab edir ki, bəzi ölkələr Ukraynın parçalanmasına
istiqamətlənən siyasət yürüdürlər. Mütəxəssisin sözlərinə görə, MDB ölkələrinin
Rusiyanın nəzarəti altına keçməsi ilə bağlı da planlar var:
Əzizə Zeynal
Sfera.az