"İran İslam Respublikasının yük maşınlarının Laçın
dəhlizindən qanunsuz şəkildə keçərək erməni separatçılarına lojistik dəstək
verməsi Rusiya-İran tandeminin Azərbaycana qarşı birgə olduğunu göstərir”.
Sfera.az bildirir ki, bunu politoloq Məhəmməd
Əsədullzadə deyib. O, İran maşınlarının birbaşa Rusiyanın göstərişi ilə
Qarabağa hərərkət etdiyini bildirib:
"Halbuki 10 noyabr Birgə Bəyannaməsinə uyğun
olaraq, xarici ölkə vətəndaşlarının dəhlizdən keçib Azərbaycan ərazisinə daxil
olmasına Rusiya sülhməramlı qüvvələri icazə verməməlidir. Göründüyü kimi,
Rusiya "sülhməramlı" qüvvələri Laçın dəhlizini açıq bazar elan edib
və istənilən ölkənin nümayəndəsi və yük maşınları Azərbaycan ərazisinə keçərək
təhlükəsizliyimizi təhdid edirlər. Bunun qarşısı alınmasa, Azərbaycana qarşı
separtizm inkişaf edəcək”.
M.Əsədullazadə Azərbaycanın ötən ay İrana nota
verdiyini xatırladıb:
"Görünüən odur ki, İran verilən notalara əməl etmir. Rəsmi
Tehranın əsas məqsədi Azərbaycana qarşı erməni separtaizmini ayaqda
saxlamaqdır. Rəsmi Bakı İranın bu desutriktiv siyasətinə qarşı Qafan-Gorus
yolunu İran TIR-larına bağlamalıdr. Həmçinin Laçın dəhlizində İran
TIR-larının mümkün şəkildə istənilən
variantla qarşısı alınmalıdır. Laçın dəhlizində postumuz olmadığı müddətdə,
Azərbaycana qarşı bu kimi təxribatlar davam edəcək”.
Günay Rəsulqızı