Diqqət! Kiber təhlükə var: "Sənə zəng edən atan əslində atan deyil"

Diqqət! Kiber təhlükə var:
Azərbaycanda "Man in the middle" və "Spoofing Caller ID" hücumu başlayıb.
Sfera.az xəbər verir ki, bu barədə texno-bloqqer Fərid Pərdəşünas bildirib.

"Bir proqram təminatı vasitəsilə (əslində bir çox) istənilən şəxsə istənilən nömrədən zəng etmək olur. Az əvvəl yoxladım və işləyir. Şəkildə özümə 050 111 11 11 nömrəsindən zəng etmişəm. Bu məşhur "Spoofing Caller ID" hücum növüdür. İstədiyiniz adamın nömrəsi ilə başqasına zəng edirsiniz. Məsələn, sizə atanızdan zəng gəlir, ekranda ATA çıxır amma  danışan başqa adamdır. Yaxud sizə Polisdən, Bankdan zəng gəlir amma arxada danışan cinayətkardır. 

Mütəxəssis qeyd edib ki, bu metodla insanlar aldadılır və məlumatları ələ keçirilir:

"İşin pis tərəfi bu əlavə ilə səsi də dəyişmək olur. Bu metodla Azərbaycanda hücumlar artıq var. Dövlət tərəfindən həmin əlavəyə çıxışlar bağlanıb. Lakin, VPN ilə hücumlar olur. Proqram təminatı qlobal işləyir. Yerli operatorların problemi deyil. Telekommunikasiya sektorunda bilinən qlobal problemdir. Vəziyyətdən çıxış yolu telefonda səsli şəkildə heç kimə məlumat verməməkdir. Tətbiqi məndən soruşmayın. Yayılmasının qarşısını almaq üçün heç kəsə bu barədə məlumat vermirəm.

Texno-bloqqer bildirib ki, insanlar bu üsulla hücumlardan qoruna bilər:

- Gələn zəngin kim tərəfindən edilməsinə baxmayaraq, şəxsi məlumatlarınızı bölüşməyin. Bu bank hesab nömrəniz, ananızın qız vaxtının soyadı, sirli kod və digər məlumatlardır.
- Gələn görüntülü zənglərə qeyri-əxlaqi intim hərəkətlər edərək cavab verməyin. Ən yaxşısı isə ümumiyyətlə o zənglərə cavab verməyin.

OXŞAR XƏBƏRLƏR

Bakıda güclü külək əsəcək - Sarı xəbərdarlıq

Bakıda və Abşeron yarımadasında, eyni zamanda əksər bölgələrdə iyulun 2-4-də gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib.   Bu...

Tanınmış azərbaycanlı rəssam vəfat etdi

Türkiyədə yaşayan azərbaycanlı Əməkdar rəssam Rəhim Məmmədov vəfat edib.   Sfera.az xəbər verir ki, bu barədə Azərbaycanın Türkiyədəki səfirliyi...

AZAL təyyarəsi Rusiya MN-in göstərişi ilə vurulub - Sensasion iddia

Minval.az redaksiyasına anonim məktub daxil olub.   Sfera.az sözügedən sayta istinadla xəbər verir ki, anonim məktubda 2024-cü ilin dekabrında q...

Tramp Qəzzada atəşkəsin gələn həftə əldə olunacağına ümid edir

ABŞ Prezidenti Donald Tramp Qəzza zolağında atəşkəsin növbəti həftə əldə olunacağına ümid etdiyini deyib. Sfera.az xəbər verir ki, jurnalistlrə açıqla...

Rəsmi Bakıdan Rusiyaya: Daxili işimizə qarışma! - Nota

1 iyul tarixində Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı fövqəladə və səlahiyyətli səfiri Rəhman Mustafayevin Rusiya Xarici İşlər Nazirliyində görüş...

"Qarabağ" Niderland, Ukrayna və Avstriya komandaları ilə qarşılaşacaq

"Qarabağ"ın Avstriyada keçiriləcək təlim-məşq toplanışındakı yoxlama oyunlarının vaxtı və rəqibləri müəyyənləşib.   Sfera.az  Ağdam tə...