Pakistanda sel fəlakəti nəticəsində ölənlərin sayı artdı

Dünya
21:26 / 11.09.2021
2464
Pakistanın Pəncab vilayətində şiddətli yağışların səbəb olduğu təbii fəlakət və qəzalar nəticəsində ölənlərin sayı yeddiyə yüksəlib.
Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, onlar tavanların çökməsi və elektrik cərəyanı vurması nəticəsində həyatlarını itiriblər.
Bildirilib ki, ölənlərdən dördü uşaqdır. 30-dan çox insan isə yaralanıb.
Pəncapda elektrik enerjisinin verilişdə problemlər yaranıb, bəzi yerlərdə nəqliyyat dayanma nöqtəsinə çatıb. İctimai nəqliyyatın işi ləngiyib.
Vilayət üzrə axtarış-xilasetmə işləri davam edir.