Azərbaycanda təhsilin elektronlaşdırılması hansı səviyyədədir? - AÇIQLAMA

Azərbaycanda təhsilin elektronlaşdırılması hansı səviyyədədir? - AÇIQLAMA
Təhsilin elektronlaşdırılmasına görə bir sıra ölkələrdən geri qalırıq.

Sfera.az xəbər verir ki, bunu təhsil məsələləri üzrə ekspert Elçin Əfəndi deyib.

Onun sözlərinə görə, hazırda bizdə təhsilin elektronlaşması tam olaraq yalnız orta ümumtəhsil müəssisələrində mövcuddur. Təhsilin digər pillələrində isə təəssüf ki, sistem hələ qurulmayıb:

"Avropa ölkələrində, Kanadada, eyni zamanda bəzi şərq ölkələrində, o cümlədən Çin, Yaponiya, Cənubi Koreya və digər inkişaf etmiş ölkələrdə distant təhsil daha perspektivlidir. Təəssüf ki, bizdə distant formalı təhsilə yalnız 2020-ci ilin mart ayından etibarən keçildi. Halbuki, bu prosesə çoxdan başlanılmalı idi. Ona görə də bizdə demək olar ki, yalnız orta ümumtəhsil müəssisələri üçün baza formalaşıb. Bu baza da bildiyiniz kimi, teledərslər və virtual məktəb layihəsi çərçivəsində keçirilən dərslər, izah olunan mövzulardan ibarətdir. Onlar hamısı yığılıb, saxlanılıb. İndi şagirdlər virtual məktəb layihəsi çərçivəsində həmin vəsaitlərdən istifadə edə bilərlər. Bütün bunlara baxmayaraq, çox təəssüf ki, bizdə hələ distant təhsil tam şəkildə bərqərar olmayıb. Bizdəki forma təhsilin əlçatanlığını tam olaraq təmin etmir. Bunun üçün düşünürəm ki, müvafiq olaraq təkmilləşmə aparılmalıdır. Bəzi məktəblərdə müasir texnoloji avadanlıqların quraşdırılması labüddür”.

Ekspert bildirib ki, ali və orta ixtisas müəssisələrində isə distant təhsil demək olar ki, yox səviyyəsindədir:

"İqtisadiyyat Universiteti və Bakı Ali Neft Məktəbi istisna olmaqla digərlərində vəziyyət ürəkaçan deyil. Çünki onlarda distant formalı təhsil üçün elektron vəsait, elektron dərslik təəssüf ki, mövcud deyil. Düşünürəm ki, həmin universitet və kolleclərdə bu istiqamətdə müvafiq addımlar atılmalıdır. Hətta gecikiblər. Hazırkı dövrə nəzər salsaq, elektron resursla zəngin olmayan ali və orta ixtisas müəssisələri, eyni zamanda məktəbəqədər hazırlıq qrupları varsa, onların hər biri qarşıdakı dövr ərzində elektron resurslarını yaratmalı, zənginləşdirməlidirlər ki, gələcəkdə istər pandemiya, istərsə də digər fövqəladə hadisə ilə əlaqədar ola biləcək qapanmalara hazır olsunlar və təhsilin əlçatanlığı vətəndaşlar üçün təmin olunsun”.
 
(Trend)

OXŞAR XƏBƏRLƏR

Məhkəmə qadının ətəyini cinayət silahı kimi müsadirə etdi - TƏFƏRRÜATLAR

Finlandiyada oğurluqda təqsirləndirilən iki qaraçı qadının ətəkləri cinayət silahı sayıldıqları üçün müsadirə edilib.   Sfera.az xəbər verir ki, 2023...

Məşhur bloqqer oğurlanan qiymətli əşyalarını 1 il sonra geri qaytardı

Videobloqqer və keçmiş hərbçi, Lord Miles kimi tanınan Miles Routledge ötən il BƏƏ-yə səfəri zamanı əvvəllər itirilmiş simsiz qulaqlıqlarını tapa bilib. Əzmkarl...

Şıxlinskinin azadlığa çıxması üçün o xahiş edib -FOTO

Xəbər verdiyimiz kimi, Yekaterinburqda saxlanılan Azərbaycan diaspor lideri Şahin Şıxlinski azadlığa buraxılıb.   Sfera.az xəbər verir ki, Yeni ...

Şahin Şıxlinski sərbəst buraxıldı

Yekaterinburqda kobud şəkildə saxlanılan “Azərbaycan-Ural” ictimai təşkilatının və Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski sərbəst burax...

Bollivud aktrisası cavanlaşdırıcı iynədən öldü

Bollivudun tanınmış aktrisalarından biri olan Şefali Carivala qəfil vəfat edib.   Sfera.az xəbər verir ki, 42 yaşlı sənətçinin 27 iyun tarixində cava...

"Bu dünyada uşaq gətirmək cəsarət istəyir!" – Nura Suridən üsyan dolu paylaşım

Müğənni Nura Suri paylaşımı ilə sosial şəbəkələrdə diqqət çəkib.   O, yaşadığı dünyadan narahatlığını ifadə edib və son dövrlərdə baş verən hadisələr...