Fransa Azərbaycana qarşı təkliflə bağlı qərar qəbul etdi

Fransa Azərbaycana qarşı təkliflə bağlı qərar qəbul etdi

 

 

Ölkə parlamentində müzakirələr aparılıb.

 

 

 

 
Fransa Milli Assambleyasında qurumun Xarici Məsələlər üzrə Komitəsinin bu gün keçirilmiş toplantısında Fransanın Cənubi Qafqaz bölgəsində sülh və demokratiyanın inkişaf hədəflərinə uyğun olaraq, bu ölkə ilə Azərbaycan arasında ikitərəfli siyasi, iqtisadi və diplomatik münasibətlərə dair xüsusi araşdırma komitəsinin yaradılması məsələsi müzakirə edilib.

Bu Qətnamə təklifi Fransa parlamentinin mərkəzçi UDİ (Demokrat və Bitərəflərin Birliyi) qrupunun üzvləri, başda ermənipərəst mövqe ilə tanınan Fransua Roşbluan, eləcə də Tyeri Benua, Şarl de Kurson və digər deputatlar tərəfindən irəli sürülüb.

İlk olaraq məsələ ilə bağlı məruzə edən Elizabet Giqu bu təklifin qəbul edilə bilməsi və ya bilməməsi haqqında fikirlərini bildirdi. Təklifin hüquqi cəhətdən qəbul edilə bilməsinin mümkün olmadığını qeyd etmiş xanım Giqu bu təklifin, eyni zamanda, qeyri-müəyyən formada tərtib edildiyini, Komitənin qayda və prosedurlarına uyğun olmadığını söyləyib. O, bundan başqa, Fransanın Dağlıq Qarabağ münaqişəsində həmsədr ölkəsi olduğunu vurğulayaraq Fransanın belə məsələlərdə bitərəf qalmalı olduğunu dilə gətirib.

Müzakirələrdə çıxış etmiş komitə üzvlərinin əksəriyyəti belə bir təklifin qəbul edilməsini Fransanın Dağlıq Qarabağ münaqişəsindəki vasitəçi roluna kölgə sala biləcəyini, eyni zamanda Fransa ilə Azərbaycan arasında iki milyard avro həcmində ticarət dövriyyəsini qeyd edərək iki ölkə arasındakı sıx iqtisadi əlaqələrə mənfi təsir göstərə biləcəyini vurğulayıblar. Fransua Roşbluan öz təklifinin müdafiəsinə ayrılmış çıxışında Azərbaycana qarşı əsassız ittihamlar irəli sürməyə, hər vəchlə bu təklifi keçirtməyə cəhd etsə də, sonda keçirilmiş səsvermələrdə qətnamə təklifi keçməyib və qəbuledilməz elan olunub.

Bununla belə, sözügedən qətnamə təklifinə qarşı çıxmış məruzəçi, xanım Elizabet Giqu Milli Assambleyanın Xarici Məsələlər üzrə Komitəsində Dağlıq Qarabağ münaqişəsi və ATƏT-in Minsk qrupunun fəaliyyətinə dair məlumat missiyasının yaradılması təklifi ilə çıxış edib və onun bu təklifi səsvermədə komitə tərəfindən qəbul edilərək təsdiq edilməsi üçün Sədrlər Toplantısına göndərilib. Milli Assambleyanın Sədrlər Toplantısının bu məsələyə sabahkı iclasında baxacağı gözlənilir.

 



OXŞAR XƏBƏRLƏR

Audiovizual Şuranın növbəti iclası keçirildi

18 oktyabr 2024-cü il tarixində Azərbaycan Respublikası Audiovizual Şurasının növbəti iclası keçirilmişdir.   Sfera.az xəbər verir ki, iclasda audiov...

Gürcüstanlı səyyahlar Ağdama səfər etdilər

Gürcüstanlı səyyahlar Ağdama səfər ediblər.   Sfera.az xəbər verir ki, qonaqlar Ermənistanın işğal illərində Ağdamda törətdiyi dağıntılar, aparılan y...

“Qarabağ”ın oyununa satılan biletlərin sayı AÇIQLANDI

UEFA Avropa Liqasının Liqa mərhələsi çərçivəsində keçiriləcək “Qarabağ” - “Ayaks" (Niderland) oyununa satılan biletlərin sayı müəyyənləşi...

Məşhur iş adamına AĞIR İTKİ - FOTO

«ISR Holding» şirkətlər qrupunun prezidenti, məşhur iş adamı İsgəndər Xəlilova ağır itki üz verib.   Sfera.az Manset.az-a istinadən xəbər...

“Bu, transların verə biləcəyi bir qərardır” - Elşad Miri + VİDEO

 “Uşaq dünyaya gələndə gender mövzusu ilə bağlı bir anlayışı olmur. Bu, yaşadığı cəmiyyət və bəzi şeylərə etirazın nəticəsində sonradan formalaş...

Azərbaycanda yaşamaq üçün 54 mindən çox əcnəbi müraciət etdi

Ötən 9 ayda Dövlət Miqrasiya Xidmətinə (DMX) əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin Azərbaycanda müvəqqəti və daimi yaşamaq üçün icazələrin alınması (müddə...