“Taliban”ın ABŞ-a ikinci “11 sentyabr hücumu” – Cavabı veriləcəkmi?

15:08 / 11.09.2021
2427
Əfqanıstanda hakimiyyəti hərbi yolla ələ keçirən
"Taliban" yeni qurulan hökumətin andiçmə mərasimini 11 sentyabr gününə
təyin edib. Aydın məsələdir ki, bu dünyaya və ABŞ-a verilən ciddi mesajdır.
Bundan başqa Əfqanıstanda qurulan yeni hökumətin 5 üzvü "Guantanamo"
həbsxanasında olub.
Maraqlıdır, bu reallıqlar çərçivəsində ABŞ-ın "Taliban”a
cavabı necə olacaq?
Mövzu ilə bağlı Sfera.a-a açıqlama verən politoloq
Turab Rzayev deyib ki, ABŞ Taliban hökumətinin andiçmə mərasimini 11 sentyabr
gününə təyin etməsinə sərt reaksiya verməyəcək:
"Çünki bu gün rəsmi Vaşinqton taliblərlə münasibətləri
normallaşdırmaqda maraqlıdır. Təsadüfi deyil ki, taliblərin hakimiyyətə gəlməsində
ən böyük pay ABŞ-a məxsusdur. Rəsmi Vaşinqton faktiki olaraq Əfqanıstanı
Talibana güzəştə getdi. Lakin bununla belə taliblərdən gözləntiləri də az
deyil. Öz növbəsində Taliban keçmiş səhvlərini təkrar etməsə radikal orta əsr
feodal qaydalarından uzaqlaşa, ABŞ-la münasibətləri də daha yaxşı ola bilər.
O ki qaldı, ABŞ Taliban hökumətinin andiçmə mərasimini
11 sentyabr gününə təyin etməsinə verəcəyi reaksiyaya, deyə bilərəm ki, rəsmi
Vaşinqton bu davranışın səbəbini bilir. Buna görə də ciddi reaksiya vermək niyyətində
deyil. Məsələ ondadır ki, ABŞ uzun illər boyunca Əfqanıstanda
demokratiya adı altında dəfələrlə mülki əfqanları öldürüb. Əfqan toyları
zamanı, ibadətləri əsasında və s. formada əfqanlar qətlə yetirilib. Talibanın
bu gün belə bir adım atmasının səbəbi də məhz budur. Biz buna həm də Talibanın
revanşizmi kimi qiymətləndirə bilərik”.
Politoloq qeyd edib ki, ABŞ-ın Əfqanıstandan çıxması
keçmiş prezident Corc Buşun başladığı modern Səlib yürüşünün sonu oldu:
Turan Rzayev