Robert Koçaryan Moskvaya çağırıldı

Dünya
13:03 / 11.09.2021
1951
Rusiyanın hakim Vahid Rusiya Partiyası Ermənistanın keçmiş Prezidenti, müxalif "Ermənistan” Alyansının rəhbəri Robert Koçaryanı Moskvaya dəvət edib.
Sfera.az xəbər verir ki, məlumatı "Tert” qəzeti yayıb.
Rusiyanın hakim partiyası R.Koçaryanı siyasi məsləhətləşmələr üçün Moskvaya çağırıb.
Qəzetin məlumatına görə, səfər çərçivəsində, o, partiya liderləri ilə görüşəcək. Tərəflər regiondakı vəziyyəti müzakirə edəcəklər.