Daha bir Xalq artistinin övladı universitetə qəbul olunub - FOTO

10:30 / 11.09.2021
1620
Xalq artisti, xanəndə Mənsum İbrahimovun oğlu universitetə daxil olub.
Sfera.az bildirir ki, bu haqda ifaçı özü məlumat verib. O, oğlu İbrahimin ingilis dilində təhsil alacağını bildirib:
"Oğlum Qərbi Kaspi Universitetinin tarix fakültəsinə qəbul oldu. İbrahimin timsalında ali məktəblərə qəbul olan bütün tələbələri ürəkdən təbrik edirəm. Xeyirli və uğurlu olsun".
Xatırladaq ki, xanəndənin 3 qız övladı da var.
Türkan
Sfera.az