İtaliyada qasırğa olub, ölənlər və xəsarət alanlar var

Dünya
23:48 / 10.09.2021
2361
İtaliyanın cənubundakı Antelleriya adasında baş verən qasırğa nəticəsində azı 2 nəfər ölüb.
Sfera.az xəbər verir ki, bu barədə "La Repubblica" qəzeti məlumat yayıb.
Məlumatda daha 9 insanın xəsarət aldığı bildirilir.
Qəzet bildirib ki, azı 10 avtomobilə ziyan dəyib. Təbii hadisə digər mülki infrastrukturlara da ziyan vurub.