Bu türk dövləti 20 ölkə ilə hava əlaqəsini bərpa etdi

Dünya
22:51 / 10.09.2021
1356
Qazaxıstanda epidemioloji vəziyyətin yaxşılaşması xarici ölkələrlə hava əlaqəsinin bərpasına səbəb olub. Hazırda Qazaxıstan 20 ölkəyə uçuşları bərpa edib.
Sfera.az xəbər verir ki, ölkənin Mülki Aviasiya Komitəsinin məlumatına görə, reyslərin əksəriyyəti Türkiyəyə həyata keçirilir. Qazaxıstanın altı şəhərindən təyyarə ilə İstanbula getmək mümkündür.
Hazırda Qazaxıstandan Birləşmiş Ərəb Əmirliyi, Gürcüstan, İngiltərə, Macarıstan, Rusiya, Belarus, Qırğızıstan, Ukrayna, Almaniya, Cənubi Koreya, Misir, Niderland, Polşa, Monteneqro və digər ölkələrə birbaşa aviauçuşlar həyata keçirilir.
Oktyabr ayından Qətərə, Maldiv adalarına və Səudiyyə Ərəbistanına uçuşlar həyata keçiriləcək.