Bu imtahanların nəticələri nə vaxt elan olunacaq? - DİM

Təhsil
21:00 / 10.09.2021
1566
Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə əlavə buraxılış imtahanı və Azərbaycan dili (dövlət dili kimi) imtahanının nəticələri elan olunub.
Dövlət İmtahan Mərkəzindən Sfera.az-a bildirilib ki, şagirdlər imtahanın nəticələri ilə DİM-in saytında yerləşdirilən keçidlər vasitəsilə tanış ola bilərlər.
Tam (11 illik) orta təhsil səviyyəsi üzrə keçirilən buraxılış imtahanının nəticəsinin isə yaxın 4 gün ərzində elan olunması nəzərdə tutulur.