Avokadonun faydası nədir?
İmmunitet sistemini gücləndirici xüsusiyyətləri var.
Avokado meyvəsininin ləzzətini anlamaq üçün onun tamamilə yetişməsini gözləmək lazımdır. Əgər bazara satışa çıxarılan kimi dərhal alırsınızsa, onda yumşaq və parlaq olanını seçməyiniz məsləhətdir.
Bəs avokadonun faydası nədir?
Qəbizliyə qarşı müsbət təsiri, immunitet sistemini gücləndirici xüsusiyyətləri var. Tərkibində olan doymamış yağ turşuları qandakı xolesterolun yüksəlməsininin qarşısını alır. Bu səbəbdən ürək və qan-damar xəstəlikləri üçün ən yaxşı təbii dərmandır.
Avokado bədəndə toksiki maddələri təsirsiz hala gətirərək, yaşlılığa yol açan zərərli maddələri yox edir.
Tərkibindəki zülal, mineral və vitaminlər uşaqların, hamilə qadınların sağlam şəkildə qidalanaması üçün lazımlı maddələrdir.
Avokado orqanizm üçün karbohidrat, zülal və yağ mübadiləsində tənzimləyici funksiya yerinə yetirir.