"Növbəti illərdə türk dünyasında iqtisadi əlaqələr daha da dərinləşəcək” - Millət vəkili

İqtisadiyyat
16:25 / 10.09.2021
1388
"Bakıda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq
Şurasına üzv ölkələrin iqtisadiyyat nazirlərinin 10-cu görüşündə anlaşma
memorandumu imzalanıb. Sənəd ölkələr arasında iqtisadi-ticari əlaqələrin genişlənməsinə
xidmət etməklə, qarşılıqlı investisiya qoyuluşlarının artırılmasını təşviq edəcək".
Sfera.az bildirir ki, bunu iqtisadçı deputat Vüqar Bayramov
deyib.
Millət vəkil qeyd edib ki, strateji əməkdaşlıq xəttini
son illər daha da gücləndirən türkdilli dövlətlər iqtisadi münasibətlərin dərinləşməsi
üçün yeni imkanları müəyyənləşdirirlər: "Azərbaycan və Mərkəzi Asiyada yerləşən
türkdilli dövlətlər MDB çərçivəsində qarşılıqlı ticari rejimi artıq
formalaşdırıblar. Türkiyə ilə Azərbaycan arasında imzalanan preferensial ticarət
sazişi bu ilin martında qüvvəyə minib. Türkiyə Özbəkistan ilə oxşar sazişi
imzalamaq mərhələsindədir. Bu isə ondan xəbər verir ki, türk dünyasında növbəti
illərdə iqtisadi əlaqələr daha da dərinləşəcək”.
V. Bayramov qeyd edib ki, Azərbaycanın Vətən müharibəsindəki
zəfərindən sonra regiondakı düzən də dəyişib:
Turan Rzayev