Brilliant Dadaşovadan 200 minlik maşınla bağlı AÇIQLAMA: "7 ildir ki..."

Brilliant Dadaşovadan 200 minlik maşınla bağlı AÇIQLAMA:
"Yeni maşın almamışam, yalan söhbətdir”.
 
Sfera.az bildirir ki, bunu Xalq artisti Brilliant Dadaşova deyib. O, 7 ildir eyni avtomobildən istifadə etdiyini vurğulayıb:

"İnsanlar 6 aydan bir, bir ildən bir maşın dəyişirlər. Məndə isə 7 ildir ki, eyni maşındır. Çox heyf. Belə yalan məlumatlar yazmaq lazım deyil. Bu səhv yoldur”.
 
Xatırladaq ki, müğənninin 200 min manatlıq yeni maşın alması xəbəri yayılmışdı.

Türkan
Sfera.az


OXŞAR XƏBƏRLƏR