“Taliban”ın Çinlə yaxınlaşması uyğurlarla nə vəd edir? - Açıqlama

14:13 / 10.09.2021
868
Çinin
"Taliban"la bağlı siyasətində əməkdaşlıq perpektivləri açıq
şəkildə görünməkdədir. Təsadüfi deyil ki, ötən gün Çin xarici
işlər naziri Van Yi ölkəsinin Əfqanıstana 31 milyon dollarlıq qida, COVID-19 əleyhinə
peyvənd və dərman yardımı göstərəcəyini açıqlayıb.
Maraqlıdır, Talibanın Çinlə bu formada yaxınlaşması
Çində uyğur probleminin həlli istiqamətində müsbət təsirlərini göstərə bilərmi?
Uyğurların və "Taliban"ın sünni təriqətində olması problemin həllinə
təkan verəcəkmi?
Məsələ ətrafında Sfera.az-a danışan politoloq Natiq
Miri Çinin "Taliban"la danışıqlar zamanı uyğurlarla bağlı siyasətində
dəyişiklik etməyəcəyini deyib:
"Çinin özü üçün təhlükəsizlik məsələsi kimi düşündüyü
bir xüsusla bağlı hansısa dövlətlə anlaşmaya getməsi gözlənilmir. Bu gün
"Taliban"ın Çinə daha çox ehtiyacı var, nəniki Çinin. Bu baxımdan düşünmürəm
ki, diqtə edən tərəf Əfqanıstan olacaq və Çin uyğurlarla bağlı siyasətini dəyişəcək.
Çünki uyğurlar Çin üçün təhlükə mənbəyidir və Çin rəsmiləri düşünür ki, qlobal
güclər uyğurları Çini parçalamaq üçün istifadə edir. Ona görə də Çinin
"Taliban"la razılaşma əldə etməsi real görünmür".
Ekspert "Taliban"ın təkcə kafirlərə yox,
müsəlmanlara da qənim kəsildiyini diqqətə çatdırıb:
""Taliban" uyğurlarla bağlı bəyanat
versə də bu boğazdan yuxarı deyilmiş sözlərdir. Çünki "Taliban" hərbi
hərəkatdır, onlar nəinki kafir adlandıqları şəxslərin, eyni zamanda öz vətəndaşlarının,
müsəlmanların da başını kəsir. Bu o deməkdir ki, "Taliban"ın
fundamentində dayanan İslam dəyərləri çoxdan deqradasiyaya uğrayıb".
Əzizə Zeynal
Sfera.az