Bu ölkədə pandemiya bitdi, qadağalar yığışdırıldı

Bu ölkədə pandemiya bitdi, qadağalar yığışdırıldı
Mart ayında peyvənd pasportu tətbiqinə başlayan Danimarka, bu gündən etibarən bütün məhdudiyyətləri götürəcəyini açıqlayıb.
 
Sfera.az xəbər verir ki, Avropa Birliyi (AB) ölkələri arasında bütün məhdudiyyətləri aradan qaldıran ilk ölkə olan Danimarkada restoranlara, idman mərkəzlərinə və ya gecə klublarına giriş üçün peyvənd pasportu istənilməyəcək.

Ölkədə yalnız koronavirus testi müsbət çıxanların karantinə alınacağı bildirilib. Danimarkada 5,8 milyon əhalinin 73 faizi vaksin olunub. Bundan əlavə, 65 yaşdan yuxarı vətəndaşlar üçün peyvəndləmə faizi yüzdə 96-dır. Üçüncü peyvənd dozası isə risk qrupundakı insanlara təqdim edilib.
 
Əzizə Zeynal
Sfera.az



OXŞAR XƏBƏRLƏR