Avqust ayında hansı məhsul nə qədər bahalaşıb? - RƏQƏMLƏR

12:53 / 10.09.2021
1203
2021-ci ilin yanvar-avqust aylarında istehlak
qiymətləri indeksi 2020-ci ilin yanvar-avqust aylarına nisbətən 4,8 faiz artıb.
Bu dövrdə ərzaq məhsulları, içkilər və tütün
məmulatları üzrə bahalaşma 5,4 faiz, qeyri-ərzaq məhsulları və əhaliyə
göstərilmiş ödənişli xidmətlər üzrə 4,2 faiz olub.
Sfera.az Dövlət Statistika Komitəsinə
istinadən xəbər verir ki, cari ilin avqustunda əvvəlki aya nisbətən bahalaşma
0,5 faiz, əvvəlki ilin avqust ayına nisbətən 6,7 faiz təşkil edib.
2021-ci ilin avqustunda ərzaq məhsulları,
içkilər və tütün məmulatları üzrə bahalaşma daha güclü olub. İllik müqayisədə
avqustda ərzaq məhsullarının qiyməti 7,8 faiz artıb.
Vasif