Əhali ticarətdə adambaşına 330 manat xərcləyib - Statistika

12:38 / 10.09.2021
815
2021-ci
ilin yanvar-avqust aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara
26,460 milyard manatlıq məhsul satılıb. Satılan məhsulun 14,35 milyard manatlıq
hissəsi ərzaq məhsulları, içkilər və tütün məmulatlarından, 12,1 milyard
manatlıq hissəsi qeyri-ərzaq mallarından ibarət olub.
Sfera.az
Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2020-ci ilin
yanvar-avqust ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə
2,7 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 2,4
faiz, qeyri-ərzaq malları üzrə 3,1 faiz artıb.
Vasif