Şirkətlər kondisionerlərin bahalaşmaması üçün maraqlı üsula əl atdılar

İqtisadiyyat
12:14 / 10.09.2021
808
Misin kəskin bahalaşması kondisioner istehsalçılarını çətin vəziyyətə salıb. İstehsalçı şirkətlər xərcləri azaltmaq üçün kondisioner istehsalında misdən istifadəni minimuma endirmək istəyir.
Sfera.az bildirir ki, hazırda misin bir tonu 4300 dollardan bahadır. 2020-ci ilin əvvəlinə qədər isə mis uzun müddət 2000-3000 dollara satılıb.
Misin qiymətinin son ilyarımda həddən artıq yüksəlməsi ondan hazırlanan məhsullarının dəyərinin də artmasına səbəb olur. Dünyada misə olan tələbin önəmli hissəsi məhz kondisioner istehsalı bazarında formalaşır. Buna görə də misin bahalaşması dolayısı ilə kondisionerlərin də bahalaşmasına gətirib çıxarır.
Ehtiyat hissələrinin dəyərini əlverişli səviyyədə saxlamaq məqsədilə istehsalçılar tədricən alüminiumdan istifadəyə başlayıb. Dünyanın ən böyük ehtiyat hissələri istehsalçısı olan Japoniyanın Daikin Industries şirkəti 2025-ci ilə qədər misin yarısını alüminiuma dəyişdirməyi planlaşdırır.
Başqa bir yapon istehsalçısı olan Fujitsu General da oxşar addımı atacaq.
Qeyd edək ki, hazırda alüminium 2880 dollardan satılır.
Vasif
Sfera.az