Aktrisa üçüncü dəfə ailə qurdu - FOTO

10:35 / 10.09.2021
836
Daha bir məşhur cütlük ailə həyatı qurub.
Sfera.az bildirir ki, türkiyəli müğənni Mehmet Erdem və aktrisa Vildan Atasevər ötən gecə nikah masasına oturub. Təxminən bir ildir münasibətləri olan cütlüyün təşkil etdiyi sadə məclisdə onların ailə üzvləri və yaxınları iştirak edib.
Otellərin birində reallaşan toya məhdud sayda qonaq dəvət edilib.
Qeyd edək ki, bu, Vildan Ataseverin üçüncü evliliyidir. Aktrisa 40, müğənni Mehmet Erdem isə 43 yaşındadır.
Türkan
Sfera.az