Gürcüstanda bankda insanları girov götürən şəxs saxlanıldı

Gürcüstanda bankda insanları girov götürən şəxs saxlanıldı
Kvarelidə "Gürcüstan bankı”na hücum edərək insanları girov götürən silahlı şəxs üç saatdan çox davam edən əməliyyat nəticəsində saxlanılıb.

Sfera.az "Sputnik Gürcüstan”a istinadən xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Keti Kovziaşvili jurnalistlərə məlumat verib:

"Bir neçə saat davam edən xüsusi əməliyyat uğurla başa çatdı. DİN əməkdaşları insanları girov götürən şəxsi zərəsizləşdirərək saxlayıb. Bütün girovlar azadlıqdadır, onların səhhəti ilə bağlı hər hansı problem yoxdur. Faktla bağlı istintaq davam etdirilir”.

Kovziaşvilinin sözlərinə görə, DİN yaxın vaxtlarda hadisənin təfərrüatı ilə bağlı rəsmi açıqlama yayacaq. Hazırda polis, kriminalistlər və xüsusi təyinatlılar hadisə yerindədirlər.

Gürcüstanda bankda girov götürülən şəxslər sərbəst buraxıldı - Video + Yenilənib

Xatırladaq ki, bu gün üzündə maska və əlində qumbara olan naməlum şəxs "Gürcüstan bankı”na basqın edərək 15-dək insanı girov götürüb. Hadisədən 2 saat sonra girovlar azadlığa buraxılıb.

OXŞAR XƏBƏRLƏR

Vətən müharibəsinin iştirakçısı arvadını öldürüb? - VİDEO

"Həyat yoldaşı 20 yaşlı qadını pəncərədən ataraq qətlə yetirib".   Sfera.az "Xəzər Xəbər"ə istinadla xəbər verir ki, bu iddiaları...

Yalnız bundan sonra Putinlə görüşə bilərəm - Zelenski

Moskva və Kiyev İstanbul razılaşmalarına uyğun olaraq hərbi əsirlərin və hərbçilərin cəsədlərinin mübadiləsindən sonra Rusiya və Ukrayna prezidentləri - Vladimi...

Rusiyadan Azərbaycana daha bir QADAĞA

İyulun 5-də Azərbaycandan Krasnodar şəhərindəki müvəqqəti saxlanc anbarına daxil olan, ümumi həcmi 18 ton olan təzə şaftalı və nektarin 2 partiyasında karantin ...

ABŞ rəsmisindən Əbu-Dabi görüşünə REAKSİYA

ABŞ Azərbaycan və Ermənistanın sülh istəklərini dəstəkləyir.   Sfera.az  xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin mətbuat katibi Tem...

Atamın və qardaşlarımın başlarını kəsiblər... - Məhkəmədə ifadə verdilər

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlan...

İrəvandan Əliyev-Paşinyan görüşü barədə yeni AÇIQLAMA

Ermənistan Əbu-Dabi görüşünü uğurlu hesab edir və təsdiqləyir ki, bu, sülh prosesinin gələcəkdə həyata keçirilməsi üçün ciddi səbəb ola bilər.   Sfer...