Ermənistan hərbi prokurorunun müavini istefa VERDİ

Dünya
19:30 / 09.09.2021
1146
Ermənistan hərbi prokurorunun müavini Tiqran Ambaryan tutduğu vəzifədən istefa verib.
Sfera.az xəbər verir ki, bu barədə Ermənistanın Baş Prokurorluğu bildirib.
Onun istefasının səbəbi göstərilməyib.
Bildirilib ki, Tiqran Ambaryan 2017-ci il iyulun 20-dən hərbi prokurorun müavini vəzifəsində işləyir.