Türkiyə 12 yaşadək uşaqlar üçün ölkəyə giriş şərtlərini yumşaltdı

Türkiyə 12 yaşadək uşaqlar üçün ölkəyə giriş şərtlərini yumşaltdı

Türkiyə hökuməti 12 yaşdan kiçik uşaqlar üçün ölkəyə giriş şərtlərini yumşaldıb.

Sfera.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə Türkiyənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

Belə ki, artıq ölkəyə daxil olarkən 12 yaşdan kiçik uşaqlar üçün peyvənd sertifikatının və PCR testinin təqdim edilməsi tələb olunmur.

Qeyd edək ki, əvvəllər 6 yaşdan yuxarı peyvənd edilməmiş şəxslərdən Türkiyəyə daxil olarkən təyinat yerinə çatmazdan 72 saatdan gec olmayaraq mənfi PCR testin nəticəsi və ya son altı ayda keçirdiyi xəstəlik barədə sertifikat tələb olunurdu.

"Türkiyəyə girərkən 12 yaşdan kiçik uşaqlar peyvənd sertifikatı və ya PCR testi vermək tələbindən azaddırlar", - məlumatda deyilir.

Bununla yanaşı, COVID-19 əleyhinə iki doza peyvənd olunanlara sadəcə sertifikatı təqdim etmək kifayətdir. İkinci doza peyvənd edildiyi andan etibarən Türkiyəyə planlaşdırılan girişdən ən azı 14 gün keçməlidir.



OXŞAR XƏBƏRLƏR

Ukraynalı uşaqlardan ibarət növbəti qrup Azərbaycana gəldi

Reabilitasiya məqsədilə Azərbaycana gələn Ukraynadan olan uşaqlardan ibarət növbəti qrup ölkəmizə çatıb.   Sfera.az xəbər verir ki, qrupa 9-16 yaş ar...

Husi açıqladı: Gəmilərə hücumu davam etdirəcəyik!

Qəzza zolağında münaqişə həll olunana qədər İsrailə gedən və ya onunla əməkdaşlıq edən şirkətlər tərəfindən idarə olunan gəmilərə hücumlar davam etdiriləcək. ...

12 iyulla bağlı vacib MƏLUMAT

Dünyada anomal istilər baş verir. Belə ki, Avropada kəskin istilər nəticəsində 2300-ə yaxın insan ölüb, Amerikada istidən asfalt örtüyü əriyib. Ölkəmizdə isə hə...

Rusiyada zavodda qəza baş verib, ölən və yaralananlar var

Rusiya Federasiyasının Volqoqrad vilayətinin Voljski şəhərindəki metallurgiya zavodunda ağır texnoloji qəza baş verib.   Sfera.az Rusiya KİV-ə istina...

Azərbaycanlı hərbi jurnalist vəfat etdi - FOTO

Hərbi jurnalist Gülbəniz Arifqızı vəfat edib.   Sfera.az xəbər verir ki, o, uzun sürən onkoloji xəstəlikdən sonra dünyasını dəyişib.   ...

DİN-də antinarkotik tədbirlərinin gücləndirilməsi müzakirə olundu

2025-ci ilin ilk 6 ayı ərzində daxili işlər orqanlarının əməliyyat-xidməti fəaliyyətinin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş tərkibli Kol...