Peşə təhsili üzrə tələbə qəbulunun II mərhələsinin nəticələri açıqlandı

Peşə təhsili üzrə tələbə qəbulunun II mərhələsinin nəticələri açıqlandı
Peşə təhsil pilləsi üzrə tələbə qəbulunun II mərhələsinin nəticələri açıqlanıb.

Təhsil Nazirliyindən Sfera.az-a verilən məlumata görə, nəticələr "SMS” bildiriş vasitəsilə müsabiqədə iştirak edən şəxslərin mobil telefonlarına göndərilib.

Müsabiqədən keçən şəxslər qəbul olunduqları ixtisas və təhsil müəssisəsi barədə məlumatları //portal.edu.az/ platformasında yerləşən "Şəxsi kabinet” bölümündən əldə edə bilərlər.

 

Peşə təhsil pilləsi üzrə tələbə qəbulunun II mərhələsi çərçivəsində müsabiqədən keçən şəxslər 9 – 13 sentyabr (saat 18:00-dək) tarixlərində aşağıda qeyd olunan sənədləri qəbul olunduğu peşə təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər:

  • Attestatın əsli;
  • Sağlamlıq və fiziki inkişafı özündə əks etdirən müvafiq formalı tibbi arayış;
  • Sistemdən (şəxsi kabinetdə) avtomatik çıxarılan ərizə nümunəsi;
  • Şəxsiyyət vəsiqəsinin surəti;
  • 3 x 4 sm ölçüdə dörd ədəd fotoşəkil;
  • Hərbi bilet və ya çağırışçı şəhadətnaməsi;
  • Güzəştli şərtlərlə qəbul edilən şəxslər üçün müvafiq təsdiqedici sənəd.

Qeyd edək ki, müsabiqədən keçən şəxsin qəbul olunduğu peşə təhsil müəssisəsində qeydiyyatdan keçməməsi onun həmin ixtisas üzrə təhsil almaqdan imtina etməsi kimi qiymətləndirilir.


OXŞAR XƏBƏRLƏR

Məhkəmə qadının ətəyini cinayət silahı kimi müsadirə etdi - TƏFƏRRÜATLAR

Finlandiyada oğurluqda təqsirləndirilən iki qaraçı qadının ətəkləri cinayət silahı sayıldıqları üçün müsadirə edilib.   Sfera.az xəbər verir ki, 2023...

Məşhur bloqqer oğurlanan qiymətli əşyalarını 1 il sonra geri qaytardı

Videobloqqer və keçmiş hərbçi, Lord Miles kimi tanınan Miles Routledge ötən il BƏƏ-yə səfəri zamanı əvvəllər itirilmiş simsiz qulaqlıqlarını tapa bilib. Əzmkarl...

Şıxlinskinin azadlığa çıxması üçün o xahiş edib -FOTO

Xəbər verdiyimiz kimi, Yekaterinburqda saxlanılan Azərbaycan diaspor lideri Şahin Şıxlinski azadlığa buraxılıb.   Sfera.az xəbər verir ki, Yeni ...

Şahin Şıxlinski sərbəst buraxıldı

Yekaterinburqda kobud şəkildə saxlanılan “Azərbaycan-Ural” ictimai təşkilatının və Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski sərbəst burax...

Bollivud aktrisası cavanlaşdırıcı iynədən öldü

Bollivudun tanınmış aktrisalarından biri olan Şefali Carivala qəfil vəfat edib.   Sfera.az xəbər verir ki, 42 yaşlı sənətçinin 27 iyun tarixində cava...

"Bu dünyada uşaq gətirmək cəsarət istəyir!" – Nura Suridən üsyan dolu paylaşım

Müğənni Nura Suri paylaşımı ilə sosial şəbəkələrdə diqqət çəkib.   O, yaşadığı dünyadan narahatlığını ifadə edib və son dövrlərdə baş verən hadisələr...