Əfqanıstanda etiraz aksiyası keçirmək qadağan olundu

Dünya
15:15 / 09.09.2021
725
"Taliban” hərəkatı Əfqanıstanın bütün ərazisində icazəsiz etiraz aksiyalarının keçirilməsinə qadağa qoyub.
Sfera.az xəbər verir ki, bu barədə məlumatı "RİA Novosti” yayıb. Bildirilir ki, aksiyaları yalnızca Ədliyyə və Daxili İşlər Nazirliklərindən icazə aldıqdan sonra keçirmək mümkündür.
Həmçinin qeyd olunur ki, icazəsiz etiraz aksiyası keçirənlər bunun nəticələrinə görə məsuliyyət daşıyacaqlar.