Əfqanıstanda yaşayan son yəhudi də ölkəni tərk etdi - Pul istəyibmiş

Əfqanıstanda yaşayan son yəhudi də ölkəni tərk etdi - Pul istəyibmiş
Əfqanıstanın İranla sərhəddə yerləşən Herat əyalətində doğulan və paytaxt Kabildə yaşayan yəhudi əsilli Simantov günlər əvvəl ölkədən təxliyə edilib.
 
Sfera.az xəbər verir ki, bu haqda İsrail İctimai yayım telekanalı məlumat yayıb. 

Məlumatda qeyd olunur ki, Simantovdan başqa, əksəriyyəti qadın və uşaqlardan ibarət təxminən 30 əfqan avtobusla adı çəkilməyən qonşu ölkəyə aparılıb. İsrail əsilli amerikalı iş adamı Moti Kahana məxsus özəl mühafizə şirkətinin Simantov və onunla birlikdə olanları ərazidən təxliyə etdiyi bildirilib.

Simantov İsrailə gedərsə, uzun illər İsraildən kənarda yaşamasına baxmayaraq, burada olan həyat yoldaşından boşanmadığı üçün qanun qarşısında cavab verə bilər. Bu səbəblə onun İsrail əvəzinə ABŞ-da məskunlaşması gözlənilir.

Qeyd edək ki, Talibanın avqustun 15-də Kabili nəzarətə götürməsindən sonra bir çox yəhudi təşkilatları Simantovu Əfqanıstandan çıxarmağa çalışıb. Simantov onu çıxarmaq istəyən şirkətdən pul tələb etsə də, sahiyyətlilər bunu rədd ediblər. Buna görə Simantov Əfqanıstanı tərk etməkdən imtina edib. Qonşularının onu yola gətirməsindən sonra isə o, ölkəni tərk etməyə qərar verib. 

Simantov daha öncə ondan müsahibə almaq istəyən jurnalistlərdən də pul tələb edib.

Əzizə Zeynal
Sfera.az


OXŞAR XƏBƏRLƏR