Lavrovdan gözlənilməz açıqlama – “Taliban”ın andiçməsində iştirak edəcək

11:40 / 09.09.2021
880
"Taliban" Əfqanıstanda
yeni hökumətin andiçmə mərasimini 11 sentyabra təyin edib.
Rusiya xarici işlər naziri Sergey Lavrov isə bəyan edib ki, andiçmədə iştirak etməyə hazırdır.
Maraqlıdır, Rusiyanın "Taliban”a qarşı sərt mövqe göstərməməsi,
yaxınlaşma mesajları nədən xəbər verir?
Halbuki vaxtilə Sovet
qoşunları "Taliban”la vuruşurdu.
Mövzu ilə bağlı Sfera.az-a danışan Bakı
Politoloqlar Klubunun sədri Zaur Məmmədov "Taliban"ın hakimiyyətə gəlişinin
Rusiyanın bir neçə mövqedə güclənməsi ilə
nəticələnəcəyini bildirib:
"Sovet qoşunlarının vuruşduğu
"Taliban"la indiki "Taliban” arasında yerlə göy
qədər fərq var. Artıq geosiyasi proseslər də onu diqtə edir ki, Rusiya ilə
"Taliban" arasında mütləq şəkildə yaxınlaşma olmalıdır. Əslində,
Rusiya ilə "Taliban" arasında 2000-ci ildən bu yana münasibətlər heç
də pis olmayıb. Son 6 ildə "Taliban" nümayəndələri Rusiya ilə tez-tez
görüşlər keçirib. Təbii ki, Moskva başa düşürdü ki, Əfqanıstanda real güc
taliblərə məxsusdur. Bəziləri düşünür ki, ABŞ-ın Əfqanıstandan çıxması Rusiyanın
Mərkəzi Asiyada mövqeyini zəiflədəcək və taliblər Rusiyaya təhdid olacaqlar.
Lakin mənim fikrim ondan ibarətdir ki, ABŞ-ın Əfqanıstandan çıxması Rusiyanın Mərkəzi
Asiya və Əfqanıstandakı mövqelərini gücləndirəcək".
Politoloq Əfqanıstanın hansısa dövlətə qarşı təsir
vasitəsi kimi işlənməyəcəyini qeyd edib:
Əzizə Zeynal
Sfera.az