Rusiya bu qadağanı ləğv etdi - Azərbaycana da təsiri olacaq

Rusiya bu qadağanı ləğv etdi - Azərbaycana da təsiri olacaq
Rusiya Türkiyədən pomidor idxalının məhdudlaşdırılması ilə bağlı 2020-ci ilin dekabrında qəbul etdiyi qərarını ləğv edib. Qərara əsasən bu gündən Antalya və İzmir bölgələrindən pomidor idxalına icazə veriləcək. 

Sfera.az bildirir ki, qardaş ölkədə istixana pomidorunun çox hissəsi Antalya və İzmir bölgəsində istehsal olunur. Bu bölgədə istehsal edilən məhsulların bir hissəsi isə xaricə, xüsusən də Rusiyaya satılırdı. 

Rusiya Antalya və İzmir regionundan pomidor idxalına qadağa tətbiq etməyə əsas kimi xəstəliyin yayılmasını göstərib. Türkiyə Kənd Təsərrüfatı Nazirliyinin təminatından sonra Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti qadağanı ləğv edib. 

Bu qərarın Azərbaycana da təsiri olacaq. Böyük ehtimalla qərarın ləğvindən sonra   Azərbaycandan Rusiyaya pomidor ixracı bir qədər də azalacaq. 

Son illərdə Azərbaycandan Rusiyaya pomidor ixracında artım müşahidə edilirdi. Artımın əsas səbəbi Türkiyədən pomidor idxalının məhdudlaşdırılması idi. Bununla əlaqədar olaraq, bir neçə ildə Rusiyaya pomidor ixracımız 50 faiz artaraq 2020-ci ildə 185 min tonu keçdi. Amma bu ildən məhdudiyyətlərin aradan qaldırılması səbəbindən yanvar-iyul ayları ərzində idxal miqdarı 22 faizdən çox azalaraq 119 min tona düşüb. 2020-ci ilin eyni dövründə pomidor ixracı 153 min ton idi. Rusiyanın Türkiyəyə qarşı daha bir məhdudiyyəti aradan qaldırmasından sonra pomidor ixracımızda bir qədər də azalma baş verəcəyi gözlənilir.

Vasif
Sfera.az




OXŞAR XƏBƏRLƏR