Obamanın azad etdiyi 5 Taliban üzvü Əfqanıstanda yeni hökumətdə yüksək vəzifələr tutub

Obamanın azad etdiyi 5 Taliban üzvü Əfqanıstanda yeni hökumətdə yüksək vəzifələr tutub
ABŞ-ın eks-prezidenti Barak Obama adminstrasiyasının 2014-cü ildə amerikalı əsgər Bove Berqdahl qarşılığında Quantanamo həbsxanasından azad etdiyi 5 Taliban üzvü Əfqanıstanda elan edilən yeni hökumətdə nazir də daxil olmaqla yüksək vəzifələrə təyin olunub.
 
Sfera.az xəbər verir ki, bunlardan Xeyrulla Xeyirxah Məlumat və mədəniyyət naziri, Nurullah Nuri Sərhəd və qəbilə işləri naziri, Əbdülhaqq Vasiq Kəşfiyyat rəisi və Məhəmməd Fazil Müdafiə nazirinin müavini olaraq təyinat alıblar.

ABŞ-ın "Taliban beşliyi” adlandırdığı qrupun beşinci üzvü olan Məhəmməd Nəbi Öməri isə ötən ay Şərqi Xost əyalətinin valisi təyin edilib.

Barak Obama çavuş Bove Berqdahlın dəyişdirilməsindən sonra Quantanamodakı ABŞ həbsxanasından azad edilən 5 Taliban üzvünün ABŞ maraqlarını təhdid edəcək şəxslər olmadığını iddia etmişdi.

Əzizə Zeynal
Sfera.az 


OXŞAR XƏBƏRLƏR