Polisi söyüb geyimini çıxaran şəxs tutuldu

Polisi söyüb geyimini çıxaran şəxs tutuldu
Sentyabrın 8-də Sabirabad rayon polis şöbəsinin əməkdaşlarına qarşı zor tətbiq olunub.

Prokurorluqdan Sfera.az-a verilən məlumata görə, şəhərin H.Əliyev prospektində "VAZ 2106” markalı 10-CE-632 dövlət qeydiyyat nişanlı avtomobilinin sürücüsü Azər Həsənov qayda pozuntusuna yol verdiyinə görə həmin ərazidə xidmət aparan Sabirabad RPŞ-nin DYP Bölməsinin yol patrul xidməti əməkdaşları Naməddin İbrahimov və Ramik Rəhimov tərəfindən onun barəsində inzibati xəta haqqında protokol tərtib edilib.

A.Həsənov bu səbəbdən polis əməkdaşlarını nalayiq ifadələrlə söyüb-təhqir edib, onlara hücum edərək geyim formasını çıxarıb, eləcə də, zor tətbiq etməklə müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.

Faktla bağlı Sabirabad rayon prokurorluğunda Cinayət Məcəlləsinin 221.1 (xuliqanlıq) və 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə cinayət işi başlanıb.

Azər Həsənov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda cinayət işi üzrə istintaq davam edir.

OXŞAR XƏBƏRLƏR

Uşaqlı qadınların əlavə məzuniyyət günləri nə qədərdir?

Yay mövsümü başlayandan artıq çoxları istirahət planları qurur, məzuniyyət götürərək ailələri ilə dincəlmək istəyirlər.   Xüsusilə uşaqlı qadınlar üç...

Polşa klubu “Qarabağ”ın futbolçusuna təklif göndərdi

Azərbaycan millisinin və "Qarabağ"ın futbolçusu Toral Bayramovun heyətinə qatmaq istəyən Polşa klubunun adına aydınlıq gəlib.   Sfera.az&nb...

Rus icmasından Yekaterinburqdakı vəhşiliklə bağlı açıqlama

Azərbaycanın Rus icması Yekaterinburqda Rusiya güc strukturlarının qəddarlığını qətiyyətlə pisləyib.   Sfera.az xəbər verir ki, bu barədə icmanı...

Yekaterinburqda həbs edilən azərbaycanlıların sayı 5-ə çatdı - FOTO

  Yekaterinburq Lenin Rayon Məhkəməsində şübhəli şəxs kimi saxlanılmış Əhliman Gənciyev barəsində 3 gün müddətində həbs qətimkan tədbiri seçilib. &nb...

Fövqəladə Hallar Nazirliyinin 20 illiyinə həsr olunmuş yarışlara yekun vurulub - FOTOLENT

Qəbələ şəhərində Fövqəladə Hallar Nazirliyi tərəfindən təşkil olunan FHN-in yaranmasının 20 illiyinə həsr olunmuş “Gənc xilasedici” XI Beynəlxalq ya...

İyulun bəxtəvər bürcləri- pula pul deməyəcəklər

Yeni ay bürclərə yeni fürsətlər və bolluq vəd edir. Astroloqların proqnozlarına görə, iyul ayında bəzi bürclər üçün xüsusilə maddi baxımdan uğurlu dönəm olacaq....