ABŞ-da qasırğa qurbanlarının sayı artdı

Dünya
10:53 / 09.09.2021
710
ABŞ-da "İda” qasırğası nəticəsində həlak olanların sayı 82-yə çatıb.
Sfera.az xəbər verir ki, bu barədə məlumatı "CBS News” yayıb.
Məlumata əsasən, son günlər ərzində 11 nəfərin cəsədi aşkar olunub ki, bununla da ölənlərin sayı 82-yə çatıb.
Qeyd edək ki, "İda” qasırğası avqustun 28-i Luiziana ştatını vurub və şimal-şərq istiqamətində hərəkət edərkən bir qədər zəifləyib. Lakin qasırğanın gücü zəifləsə də, şimal-şərq regionunda leysan və daşqınlara yol açıb. Həmçinin təbii fəlakət nəticəsində çox sayda insan işıq, qaz və susuz qalıb.