"Taliban"dan ABŞ-ı əsəbiləşdirəcək addım: Yeni hökumətin inauqurasiya mərasimi sentyabrın 11-də keçiriləcək

"Taliban"ın son addımı ABŞ-da səs-küy yaradıb.

Sfera.az bildirir ki, buna səbəb Əfqanıstanın yeni hökumətinin inauqurasiya mərasiminin sentyabrın 11-nə müəyyən edilməsidir. Bu tarix 2001-ci ildə ABŞ-da baş tutan sentyabr terror aktlarının 20-ci il dönümünə təsadüf edir.

"Taliban"ın rəsmi nümayəndəsi Zabihullah Mücahid ötən gün yeni müvəqqəti hökumətin qurulduğunu elan edib və Molla Məhəmməd Həsən Ahundun baş nazir olacağını açıqlayıb. 

Məlumata görə, inauqurasiya mərasiminə Rusiya, Çin, Qətər, Türkiyə, Pakistan və İrandan nümayəndələr də dəvət edilib.

Xatırladaq ki, 11 sentyabr 2001-ci ildə Əl-Qaidə terror təşkilatı tərəfindən ABŞ-ın Nyu-York və Vaşinqton şəhərlərində silsilə terror aktları həyata keçirilib. Tarixdə "11 sentyabr hadisələri” olaraq yer alan olaydan sonra ABŞ rəhbərliyi Əfqanıstan və İraqın işğalı ilə nəticələnəcək prosesi başladıb.

Günay Rəsulqızı
Sfera.az



OXŞAR XƏBƏRLƏR

Ukraynalı uşaqlardan ibarət növbəti qrup Azərbaycana gəldi

Reabilitasiya məqsədilə Azərbaycana gələn Ukraynadan olan uşaqlardan ibarət növbəti qrup ölkəmizə çatıb.   Sfera.az xəbər verir ki, qrupa 9-16 yaş ar...

Husi açıqladı: Gəmilərə hücumu davam etdirəcəyik!

Qəzza zolağında münaqişə həll olunana qədər İsrailə gedən və ya onunla əməkdaşlıq edən şirkətlər tərəfindən idarə olunan gəmilərə hücumlar davam etdiriləcək. ...

12 iyulla bağlı vacib MƏLUMAT

Dünyada anomal istilər baş verir. Belə ki, Avropada kəskin istilər nəticəsində 2300-ə yaxın insan ölüb, Amerikada istidən asfalt örtüyü əriyib. Ölkəmizdə isə hə...

Rusiyada zavodda qəza baş verib, ölən və yaralananlar var

Rusiya Federasiyasının Volqoqrad vilayətinin Voljski şəhərindəki metallurgiya zavodunda ağır texnoloji qəza baş verib.   Sfera.az Rusiya KİV-ə istina...

Azərbaycanlı hərbi jurnalist vəfat etdi - FOTO

Hərbi jurnalist Gülbəniz Arifqızı vəfat edib.   Sfera.az xəbər verir ki, o, uzun sürən onkoloji xəstəlikdən sonra dünyasını dəyişib.   ...

DİN-də antinarkotik tədbirlərinin gücləndirilməsi müzakirə olundu

2025-ci ilin ilk 6 ayı ərzində daxili işlər orqanlarının əməliyyat-xidməti fəaliyyətinin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş tərkibli Kol...