Əşrəf Qəni Əfqanıstan xalqından üzr üstədi: “Həyatımın ən çətin qərarı idi…”

Əşrəf Qəni Əfqanıstan xalqından üzr üstədi: “Həyatımın ən çətin qərarı idi…”
"Taliban” qruplaşması Kabilə yaxınlaşarkən ölkəni tərk edən Əfqanıstanın eks-prezidenti Əşrəf Qəni bu addımına görə xalqdan üzr istəyib.

Sfera.az xəbər verir ki, o, özü ilə milyonlarla dollar aparması barədə ittihamları rədd edib.

Əşrəf Qəni sosial mediada yayımladığı mesajda təhlükəsizlik qrupunun təkliflərindən sonra ölkəni tərk etmək qərarına gəldiyini, əgər ölkədə qalarsa, 1990-cı illərdə olduğu kimi Kabil küçələrində ağır döyüşlərinin yaşanacağını söyləyib.

O bildirib ki, Kabildən ayrılmaq həyatında aldığı ən çətin qərar olub: "Lakin silahları susduraraq Kabili və onun 6 milyon əhalisini qorumağın yeganə yol olduğuna inanırdım”.

Eks-prezident keçmiş müttəfiqlərini ona xəyanət etməkdə günahlandırıb.

"Korrupsiya onilliklər ərzində ölkəmizin qanını soran bəla idi. Korrupsiya ilə mübarizə mənim dövlət başçısı olaraq göstərdiyim səylərin mərkəzində idi", - deyə bildirən Əşrəf Qəni həm özünün, həm də livanlı həyat yoldaşının şəxsi maliyyə varlıqlarına son dərəcə diqqətli yanaşdığını vurğulayıb.

Ölkədə 40 ildir, davam edən müharibədə göstərilən fədakarlıqları ehtiramla yad etdiyini qeyd edən eks-prezident öz sonunun da xələfləri kimi olmasına görə təəssüf hissi keçirdiyini bildirib.

O, ölkəsinə sülh və əminamanlıq gətirə bilmədiyi üçün Əfqanıstan xalqından üzr istəyərək mesajını sonlandırıb.
 
Əzizə Zeynal
Sfera.az
 

OXŞAR XƏBƏRLƏR

Ukraynalı uşaqlardan ibarət növbəti qrup Azərbaycana gəldi

Reabilitasiya məqsədilə Azərbaycana gələn Ukraynadan olan uşaqlardan ibarət növbəti qrup ölkəmizə çatıb.   Sfera.az xəbər verir ki, qrupa 9-16 yaş ar...

Husi açıqladı: Gəmilərə hücumu davam etdirəcəyik!

Qəzza zolağında münaqişə həll olunana qədər İsrailə gedən və ya onunla əməkdaşlıq edən şirkətlər tərəfindən idarə olunan gəmilərə hücumlar davam etdiriləcək. ...

12 iyulla bağlı vacib MƏLUMAT

Dünyada anomal istilər baş verir. Belə ki, Avropada kəskin istilər nəticəsində 2300-ə yaxın insan ölüb, Amerikada istidən asfalt örtüyü əriyib. Ölkəmizdə isə hə...

Rusiyada zavodda qəza baş verib, ölən və yaralananlar var

Rusiya Federasiyasının Volqoqrad vilayətinin Voljski şəhərindəki metallurgiya zavodunda ağır texnoloji qəza baş verib.   Sfera.az Rusiya KİV-ə istina...

Azərbaycanlı hərbi jurnalist vəfat etdi - FOTO

Hərbi jurnalist Gülbəniz Arifqızı vəfat edib.   Sfera.az xəbər verir ki, o, uzun sürən onkoloji xəstəlikdən sonra dünyasını dəyişib.   ...

DİN-də antinarkotik tədbirlərinin gücləndirilməsi müzakirə olundu

2025-ci ilin ilk 6 ayı ərzində daxili işlər orqanlarının əməliyyat-xidməti fəaliyyətinin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş tərkibli Kol...