Efiopiyada üsyançılar 100-dən çox mülki şəxsi öldürdü

Dünya
00:19 / 09.09.2021
1791
Efiopiyanın Amhara bölgəsindəki Tiqray Xalq Qurtuluş Cəbhəsi 100-dən çox mülki şəxsi qətlə yetirib.
Sfera.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə yerli "Fana" radiostansiyası məlumat yayıb.
Üsyançıların uşaqlar və qocalar da daxil olmaqla 100-dən çox mülki şəxsi öldürdüyü qeyd olunur.
Qeyd edək ki, Tiqray əyalətini idarə edən üsyançılar 2020-ci ilin noyabrında Efiopiyanın şimalına hücum etdikdən sonra baş nazir Abiy Əhməd onlara qarşı hərbi hərəkat qərarı verib. Tərəflər arasında döyüşlər zamanı bir milyondan çox adam yerindən-yurdundan olub. Qarşıdurmalar hələ davam edir.