Nazirdən təmayüllü siniflərin tədris planı ilə bağlı - ƏMR

Təhsil
19:56 / 08.09.2021
1878
Təhsil naziri Emin Əmrullayev ümumi təhsil müəssisələrinin təmayül siniflərinin 2021-2022-ci tədris ili üçün nümunəvi tədris planlarını təsdiq edib.
Sfera.az xəbər verir ki, nazirin əmrinə əsasən, ümumi təhsil müəssisələrinin təmayül siniflərinin 2021-2022-ci tədris ili üçün nümunəvi tədris planları və tədris planlarına dair qeydlər (1-29 nömrəli əlavələr) təsdiq edilib.
Əmrin icrası nazir müavini Firudin Qurbanova həvalə olunub.