Rus nazirin ölümünün təfərrüatları MƏLUM OLDU

Rus nazirin ölümünün təfərrüatları MƏLUM OLDU
Rusiyanın fövqəladə hallar naziri Yevgeni Ziniçevin xidməti vəzifəsini yerinə yetirərkən həlak olmasının təfərrüatları açıqlanıb.

Sfera.az-ın xəbərinə görə, "Rossiya Seqodnya” və "Russia today”in baş redaktoru Marqarita Simonyan öz Telegram-kanalında bildirib ki, hadisə şahidləri Norilskdə keçirilən təlimlər zamanı Yevgeni Ziniçevin operatorla birgə suyun kənarında dayandıqlarını deyiblər.

Onların sözlərinə görə, bu zaman operatorun ayağı sürüşüb və suya düşüb. Bunu görən Ziniçev operatoru xilas etmək üçün dərhal suya atlayıb. İlkin məlumata görə, Ziniçev suda olan daşa çırpılaraq həlak olub.

"İzvestiya”nın məlumatına görə isə, Ziniçev məşhur operator və kinorejissor Aleksandr Melniki xilas edərkən həlak olub. Lakin bu məlumat hələ ki, rəsmi olaraq təsdiq olunmayıb.

Qeyd edək ki, Yevgeni Ziniçev 2018-ci ildə Rusiyanın fövqəladə hallar naziri təyin olunmuşdu.

OXŞAR XƏBƏRLƏR

Ukraynalı uşaqlardan ibarət növbəti qrup Azərbaycana gəldi

Reabilitasiya məqsədilə Azərbaycana gələn Ukraynadan olan uşaqlardan ibarət növbəti qrup ölkəmizə çatıb.   Sfera.az xəbər verir ki, qrupa 9-16 yaş ar...

Husi açıqladı: Gəmilərə hücumu davam etdirəcəyik!

Qəzza zolağında münaqişə həll olunana qədər İsrailə gedən və ya onunla əməkdaşlıq edən şirkətlər tərəfindən idarə olunan gəmilərə hücumlar davam etdiriləcək. ...

12 iyulla bağlı vacib MƏLUMAT

Dünyada anomal istilər baş verir. Belə ki, Avropada kəskin istilər nəticəsində 2300-ə yaxın insan ölüb, Amerikada istidən asfalt örtüyü əriyib. Ölkəmizdə isə hə...

Rusiyada zavodda qəza baş verib, ölən və yaralananlar var

Rusiya Federasiyasının Volqoqrad vilayətinin Voljski şəhərindəki metallurgiya zavodunda ağır texnoloji qəza baş verib.   Sfera.az Rusiya KİV-ə istina...

Azərbaycanlı hərbi jurnalist vəfat etdi - FOTO

Hərbi jurnalist Gülbəniz Arifqızı vəfat edib.   Sfera.az xəbər verir ki, o, uzun sürən onkoloji xəstəlikdən sonra dünyasını dəyişib.   ...

DİN-də antinarkotik tədbirlərinin gücləndirilməsi müzakirə olundu

2025-ci ilin ilk 6 ayı ərzində daxili işlər orqanlarının əməliyyat-xidməti fəaliyyətinin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş tərkibli Kol...